Dünya
Rusiyada evlənmək və boşanmaq qadağan edildi: Yaya qədər dözün!
Rusiyada koronavirusun geniş vüsət alması ilə əlaqədar VVAQ şöbələrində nikahın qeydə alınması və boşanma prosesləri müvəqqəti olaraq təxirə salınıb.
Bizimyol.info Qazeta.ru-ya istinadən xəbər verir ki, RF baş naziri Mixail Mişustin bu barədə əmr imzalayıb.Daha öncə ölkənin Ədliyyə Nazirliyi də belə təkliflə çıxış etmişdi. Daha öncədən vaxt təyin edənlərin nikahları istisna hallarında bağlanacaq, lakin şənlik və toyların edilməsi qadağandır.
Boşananların mənzillə bağlı problemləri yaranmasın deyə boşanma prosesləri də özünütəcrid bitənə qədər ləğv olunur.