Dünya
“Torpaq dələduzu” hakim qarşısına çıxarılır
Dələduzluqda təqsirləndirilən Quba sakini Məmməd Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
Hakim Rahim Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev bu ilin yanvar ayında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən M.Mustafayev ilkin dindirmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.
Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb.
Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq onların ümumilikdə 33 000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
Daha çox xəbər:
Qubada dələduzluq edən şəxs saxlanılıb - Foto
Azərbaycanda maraqlı dələduzluq əməli: Maşın "satmaqla" adamları aldadıb - Foto
Polis əməliyyat keçirib narkotacirləri ələ keçirdi - Narkotik maddə alan da tutuldu
Oğurladıqları avtomobillə qəzaya düşdülər, biri xəstəxanalıq oldu - FOTO
Tikinti şirkətinin direktoru dələduzluqda ittiham olunur