Dünya
Üç yaşlı qız iki ayda Uhanda qocalan həkim atasını tanımadı - FOTO
Çinin Quyçjou əyalətində üç yaşlı qız Uhandan uzunmüddətli ezamiyyətdən qayıdan həkim atası Van Bensyueni tanımayıb.
Bu barədə “AsiaOne” xəbər yayıb.
Koronavirusla mübarizədə iştirak edən V.Bensyue fevral ayından evdə olmayıb. Uhanda 21 xəstə onun himayəsində olub. İki ay davam edən gərgin işdə 39 yaşlı tibb işçisinin saçları tamamilə ağarıb.
Quyçjouya qayıtdıqdan sonra o, qapının ağzından üç yaşlı qızını çağırıb. Qorxan qızı isə ona yaxınlaşmayıb və “Sən kimsən” deyə soruşub.
Uşağın atasını tanıması üçün bir xeyli vaxt lazım olub.
Xatırladaq ki, COVID-19-a ilk yoluxma halı 2019-cu ilin dekabr ayında Uhanda qeydə alınıb.