Dünya
10:47, 08 May 2020

İtaliyada koronavirusa görə azadlığa buraxılan mafiya üzvləri həbsxanaya qaytarıla bilər

İtaliyada koronavirusa görə azadlığa buraxılan mafiya üzvləri həbsxanaya qaytarıla bilər
İtaliyada bəzi məhkumların koronavirus tədbirləri ilə bağlı həbsxanadan ev dustaqlığına buraxılması ölkədə narahatlıq yaradıb.

“La Repubblica” xəbər verir ki, hökumət bu çərçivədə ev həbsində qalan mafiya üzvlərindən və narkotik alverçilərindən narahat olduğunu, həmin sərəncamı yenidən nəzərdən keçirəcəyini bildirib.

Martın ortalarında epidemiyanın səbəb olduğu risklər səbəbindən 376 mafiya üzvü və narkotik ticarəti ilə məşğul olan şəxslərin həbsdən azad edilməsi ölkədə mübahisə mövzusuna çevrilib.

İtaliyanın ədliyyə naziri Alfonso Bonafede hökumətin bu dəyişiklik üzərində işlədiyini bildirib.

Ev həbsinə buraxılanların arasında təhlükəli adların olması ciddi mübahisələrə əsas verir.
Digər xəbərlər: