Dünya
10:10, 31 May 2020
109
0

Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb

Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb
ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı azı 70 etirazçı saxlanılıb.

dahilider.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalına şəhər polisindən bildiriblər.

Məlumata əsasən, polislər və etirazçılar arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı xəsarət alıb.

Telekanal qeyd edir ki, şəhərin bütün rayonlarında keçirilən etiraz aksiyalarında təxminən 1 000 nəfər iştirak edir.

Xatırladaq ki, ötən gün Nyu-Yorkda etiraz aksiyaları zamanı 200-dən artıq etirazçı saxlanılmışdı.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.
Digər xəbərlər: