Dünya
14:35, 10 Haziran 2020

Jirinovski Yefremova sərt cəza istədi: “Yoxsa içib pəncərədən yıxılacaq”

Jirinovski Yefremova sərt cəza istədi: “Yoxsa içib pəncərədən yıxılacaq”
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski törətdiyi dəhşətli qəza ilə gündəmə gələn məşhur aktyor Mixail Yefremovun həbs edilməli olduğunu bildirib.

Bu barədə V.Jirinovski sosial şəbəkə hesabında yazıb.

“O ev həbsindən ya sərhəddən kənara qaçacaq, ya da içəcək və pəncərədən yıxılacaq”, - deyə partiya lideri qeyd edib.

O vurğulayıb ki, M.Yefremov törətdiyi cinayətə görə sərt şəkildə - 12 il müddətinə həbslə cəzalandırılmalıdır.

Xatırladaq ki, məşhur aktyor M.Yefremov iyunun 8-də axşam saatlarında içkili vəziyyətdə ağır qəza törədib. Nəticədə bir nəfər ölüb.
Digər xəbərlər: