Dünya
Arktikada sürətli istiləşmə başladı
Sibirdə yeni temperatur rekordu Arktikanın istiləşmə tempinin sürətləndiyini göstərir.
“Daily Mail” xəbər verir ki, Yakutsk və Verxoyansk şəhərlərində 38 dərəcə isti qeydə alınıb.
Bu, Arktikada meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir: son rekord 1915-ci ildə Alyaskada olub. Burada 38 dərəcə qeydə alınmışdı.
Alimlər belə temperaturun 2100-cü ilə qədər çatmayacağını güman edirdilər, buna əsasən, Arktikanın istiləşməsi 80 il daha sürətli gedir.
Bundan əlavə, 23 mayda Xatanqa kəndində 25 dərəcə isti qeydə alınıb ki, bu da əvvəlki rekorddan 11 dərəcə yüksəkdir. Bu həftə Verxoyanskda 36 dərəcə isti gözlənilir.
İstiliyin əsas səbəbi istixana qazlarının atmosferə atılmasıdır.