Dünya
Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanıb?
Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.
Bu barədə APA-ya Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.
Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyyəsi üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış üç xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək.
Təxliyyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.
Daha çox xəbər:
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi
Türkiyədən azərbaycanlıları gətirən təyyarənin uçuş vaxtı açıqlandı
Qardaş ölkədə bütün koronavirus xəstələri pulsuz müalicə ediləcək
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
24 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkar olunub, 1 nəfər ölüb - TƏCİLİ!