Dünya
11:02, 28 Temmuz 2020

Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş

Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Yaşayış yerlərində gecə işıqları şəhər quşlarının yuxu rejimini pozur və onların normal davranışına təsir göstərir.

“Esquire”in məlumatına görə, bu barədə dunyada ilk dəfə quşların işıq çirkliliyinə nevroloji reaksiyalarını tədqiq edən Melburn Universitetinin alimləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, süni işıq göyərçin və sağsağanlarda yuxunun müddətinə təsir göstərir.

Alimlər quşların beyin aktivliyini yoxlamaq üçün onlara ötürücü qoyublar. Məlum olub ki, şəhərdə yaşayan quşlar adətən lazım olduğundan az yatırlar. Belə ki, təcrübə zamanı göyərçinlərin standart on saat əvəzinə yalnız altı saat yatdığı məlum olub.

Mütəxəssislər bildiriblər ki, quşlarda yuxusuzluq gündüz yuxusuna səbəb ola bilər ki, bu da qidalanma, yırtıcıların öhdəsindən gəlmək və cüt axtarmaq qabiliyyətinə təsir göstərir.

Məlumdur ki, işıq çirkliliyi insanların, həşəratların və bitkilərin sağlamlığına mənfi təsir göstərə bilər. İşıq sisi adlanan bu fenomen astronomik müşahidələrə mane olur və canlıların bioritmlərini təhrif edir.
Digər xəbərlər: