Dünya
Heyvanları xüsusi amansızlıqla qətlə yetirən cani ələ keçdi - FOTO

Fransanın Dijona şəhərində polis atları xüsusi amansızlıqla qətlə yetirən kişini həbs edib.
Bu barədə “BBC News” xəbər yayıb.
Məlumata görə, o, Yonne şəhərində at tövlələrinin sahibinin ifadəsi əsasında hazırlanan fotorobotun köməyi ilə tapılıb. Fermer iki hücumçudan birinin üzünü görmüş və heyvanları müdafiə etmək istəyərkən yaralanmışdı.
Təkcə bir neçə həftə ərzində qatil və əlbir olduğu şəxs 30 atı qəddarlıqla öldürüb. Hücum fevral ayından bəri başlayıb. Onlar heyvanın qanını çəkir, bir çoxlarının qulaqlarını, cinsiyyət orqanlarını kəsir, gözlərini çıxardırdı.
Cinayətkarların (hətta mütəşəkkil dəstənin) motivi məlum deyil.
Polis onların fəaliyyətinin satanizmlə əlaqəli ola biləcəyini düşünür. Belə ki, cinayətkarlar heyvan orqanlarından cadu məqsədi ilə istifadə edə bilərdilər.

Daha çox xəbər:

Masallıda 32 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

Kamil Zeynallı: “İtə işgəncə vermiş şəxs mütləq tapılıb cəzalandırılmalıdır” - VİDEO

Azərbaycanda dəhşət - Psixi xəstəni özünü asmağa məcbur etdi, qıraqdan izlədi

Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı

Arvadının maşınla vurdu, sonra başını kəsdi