Dünya
Ermənistanda dəhşətli partlayış baş verdi
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib.
Konkret.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb.
“Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib.