Dünya
SON DƏQİQƏ! İranda dəhşət: Ordu silahdan istifadə edir - Çox sayda ölü və yaralı var
İranın Pakistanla sərhəddə yerləşən Saravan rayonunda təşkil edilən etiraz aksiyaları zamanı qarşıdurma baş verib.
dahilider.az Metbuat.az-a istinadən xəbər verir ki, ordunun nümayişçilərə müdaxiləsi nəticəsində azı 10 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qeyd edək ki, qanunsuz benzin ticarəti ilə məşğul olan çox sayda insan iki gündür İran-Pakistan sərhədində gözləyir. Onlar sərhəd qapılarının açılmasını tələb edir. Lakin sərhədçilərin tələbi geri çevirməsi gərginliyə yol açıb. Hərbçilər odlu silahdan istifadə edib. Bölgədə gərginlik davam edir.
Qeyd edək ki, yeni qanuna əsasən sərhəd bölgələrində benzin satışını yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri həyata keçirə bilər.
Daha çox xəbər:
DƏHŞƏT: İki təyyarə havada toqquşdu - Çox sayda ölü var / FOTOLAR
Kərbəlada dəhşətli hadisə - Çoxlu sayda ölü və yaralı var
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Bağdadda partlayış: 8 ölü, 10 yaralı
Ordumuz əks-hücum əməliyyatlarında ən çox hansı silahdan istifadə edir? - Polkovnik AÇIQLADI