Dünya
10:06, 12 Mart 2021

Rusiyalı ekspert: “Ermənistanın suveren hökuməti yoxdur”

Rusiyalı ekspert: “Ermənistanın suveren hökuməti yoxdur”


Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov bölgənin iqtisadi xəritəsinin necə dəyişməsi, yeni nəqliyyat dəhlizlərinin kimə sərf etməsi və Ermənistandakı bəzi qüvvələrin niyə əməkdaşlığa qarşı çıxması barədə Caliber.Az-a müsahibə verib.

O bildirib ki, yeni nəqliyyat dəhlizlərindən bölgədəki bütün ölkələr faydalana bilər:

“Ancaq təbii ki, vəziyyət elədir ki, obyektiv olaraq ən çox Azərbaycan, İran, Rusiya, Türkiyə, Pakistan və Hindistan qazanır. Amma milli administrasiyası olmayan Ermənistanla bağlı sual açıq qalır. Ermənistanın suveren hökuməti yoxdur. Ona görə də, bölgədə siyasi və coğrafi dəyişikliklər bu qədər çətinliklə əldə edildi, sülh yolu ilə həll olunası məsələni (Azərbaycan - red.) hərbi yolla əldə edildi”.
Digər xəbərlər: