Dünya
12:25, 13 Mart 2021

ÜST koronavirusa qarşı “AstraZeneca” peyvəndini tövsiyə edir

ÜST koronavirusa qarşı “AstraZeneca” peyvəndini tövsiyə edir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris “AstraZeneca” peyvəndini keyfiyyətli hesab edir.

“RİA Novosti” xəbər verir ki, o bu barədə brifinqdə deyib.

Harris bildirib ki, bəzi Avropa ölkələrinin peyvəndin istifadəsini dayandırmaqla bağlı qərarlarına baxmayaraq, onun faydaları barəsində yayılan neqativ məlumatları üstələyir.

ÜST rəsmisi peyvəndin istifadəsinə davam olunmasını tövsiyə edib.

Harris Danimarka, İslandiya və Norveçin ehtiyat tədbiri kimi “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmağa qərar verdiklərini xatırladıb.

Onun sözlərinə görə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranan tromblaşmanın dərmanla əlaqəsi sübut olunmayıb.

Harris qeyd edib ki, 9 mart tarixindən etibarən dünyada artıq 268 milyon doza peyvənd paylanıb və ÜST-ün məlumatlarına görə, hələ heç bir ölkə peyvəndlə əlaqəli ölümlər barədə məlumat verməyib.
Digər xəbərlər: