Dünya
Şagirdlərin sayını artırmaq üçün 15 qoyun məktəbə qəbul edilib-ŞOK QƏRAR
Fransanın İzer Departamentindəki Krets-an-Belldon kommunasının ibtidai məktəbində şagirdlər siyahısına 15 qoyun da daxil edilib.
beş.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" yazıb.
Məlumata görə, 3,3 mindən çox əhalisi olan dağ kəndində yerləşən məktəb yeni tədris ilinin əvvəlindən şagirdlərin sayının 266-dan 261-dək azalması səbəbindən indiki kimi 11 yox, 10 siniflə tədrisə davam etməli olacağı barədə xəbərdarlıq alıb. Ancaq valideynlər belə addıma qarşı çıxaraq sinif sayının azalmasının onların hər birində şagird sayının artmasına, bunun da təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağını bildiriblər.
Etirazçılar tərəfində olan yerli çoban dünən məktəbə 65 qoyun gətirib. Onları girişdə məktəblilər və onların valideynləri üzərində "Biz qoyun deyilik", "Məktəbi idarə etmək sürünü idarə etmək deyil" yazılmış plakatlarla qarşılayıblar.
"Burada çətin vəziyyətdə olan uşaqlar var. Amma milli təhsil sistemini yerdəki arqumentlər yox, yalnız rəqəmlər narahat edir", - aksiyanın təşəbbüskarlarından olan və Ümumfransa Məktəblilərin Valideynləri təşkilatının iştirakçısı Qael Laval bildirib.
Şəhər meri Jan-Lui Mare etirazçıların tərəfini tutub və heyvanların məktəbli siyahısına daxil edilməsinə rəsmən şahidlik edib.
Daha çox xəbər:
Çoban işlədiyi fermadan qoyun oğurladı
Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF
Tolik bu müğənniləri qoyuna bənzətdi: Bütün günü mələyirlər - FOTO
Azərbaycanda 62 yaşlı məktəb direktorundan 6-cı sinif şagirdinə qarşı iyrənc hərəkət