Gündəm
BirKart millərini Türk Hava Yollarının millərinə dəyişmək mümkün oldu
Kapital Bank-ın təqdim etdiyi BirKart Miles (BKM) kartında nağdsız ödənişlər edərkən yığılan milləri, Türk Hava Yollarının (THY) millərinə birə-bir dəyişmək mümkündür.
Kapital Bankdan Unikal.org-a verilən məlumata görə, əgər müştərinin həm BirKart Miles-da, həm də, Türk Hava Yollarının mil toplama proqramında milləri varsa, onları BirBank mobil tətbiqi vasitəsilə birləşdirib, sonra isə həmin millər vasitəsilə avia bilet ala bilər.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.