Gündəm
13:58, 06 Ağustos 2019

Bank işinə görə nazirin kürəkəni həbs edildi

Bank işinə görə nazirin kürəkəni həbs edildi


İranın Kooperativlər, Əmək və Sosial Təminat naziri Məhəmməd Şəriətmədarinin kürəkəni, “Fatimi” şirkətlər qrupunun baş direktoru Seyid Məhəmməd Hadi Rəzəvi ötən gecə həbs olunub.

Unikal.org xəbər verir ki, bununla bağlı Tehran Prokurorluğu məlumat yayıb.

Zamində olan H. Rəzavi “Sərmayə” bankı üzrə cinayət işində ittiham olunan şəxslərdən biridir.

Korrupsiya və ölkə iqtisadiyyatına ziyan vurmaq ittihamı əsasında H. Rəzəvi barəsində 20 il həbslə bərabər, 74 zərbə şallaq və dövlət işində çalışmaqdan məhrum etmə qərarı çıxarılıb.
Digər xəbərlər: