Gündəm
Azərbaycan-Ukrayna sənədləri imzalanıb
Dekabrın 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
Bizimyol.info xəbər verir ki, Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski imzaladılar.
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzaladılar.
Daha çox xəbər:
Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE
İlham Əliyevin və Vladimir Zelenskinin təkbətək görüşü oldu
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Azərbaycanın Baş nazirləri - Ən çox kimi sevdiniz?