Gündəm
“Saxta seçkilər üçün 65 milyon manat israf olundu" - Qubad İbadoğlu
“Azərbaycanda yenə də dişsiz, səlahiyyətsiz, xalqdan çox yerli icra hakimiyyətlərinin başçılarına yaxın olan, eləcə də hakim partiyanın nəzarətində saxlanılan bələdiyyə şuraları formalaşdırmağa üstünlük verdi. Buinunla da bir daha məlum oldu ki, hazırkı hakimiyyət Azərbaycanı nəinki mərkəzi, həm də yerli səviyyədə inkişafdan saxlayır. Elə ona görə də yerli büdcənin gəlirlərinin dövlət gəlirlərində payı çox aşağıdır”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.
“Saxta seçkiilər üçün 65,2 milyon manat israf olundu. Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan uşaqlara verilən birdəfəlik yardımdan 4,5 dəfə çoxdur.
Bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verən İlham Əliyevin həmin gün keçirilən bələdiyyə seçkisinin adını belə dilinə gətirməməsi Azərbaycanda yerli seçkilərin mənasızlığının ən bariz göstəricisidir. Ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərcləndi. Bir sözlə dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsi adı altında 65,2 milyon manat israf olundu. Halbuki, seçki şousu ilə bələdiyyələri tamam gözdən salamaqdansa seçki pullarının onların arasında bölüşdürməyin daha çox faydası olardı”,- deyən iqtisadçı qeyd edib ki, bələdiyyələr sivil ölkələrdə yerlərdə demokratik və sosial-iqtisadi inkişaf üçün başlıca institutlardan sayılır. Bu institut həm də yerli əhaliyə yaxınlığı və icmalarla sıx əlaqəsi ilə başqalarından fərqlənir. Odur ki, bələdiyyələrin xalqın iradəsi ilə formalaşması, yerli problrmlərin həllində müstəsna hüquq və səlahiyyətlərə malik olması, qərarlarını yerli icmalarla məsləhətləşərək verməsi, büdcəni şəffaf idarəetməsi regionların inkilafı və tərəqqisi üçün həllin vacib problemlərdən hesab olunur. Göründüyü kimi bu problemlərin həlli ilk növbədə bələdiyyələrin xalqın iradəsi ilə azad və ədaləti seçkilər vasitəsilə formalaşmasından keçir. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu fürsəti bu gün də qaçırtdı. “Azərbaycanda yenə də dişsiz, səlahiyyətsiz, xalqdan çox yerli icra hakimiyyətlərinin başçılarına yaxın olan, eləcə də hakim partiyanın nəzarətində saxlanılan bələdiyyə şuraları formalaşdırmağa üstünlük verdi. Buinunla da bir daha məlum oldu ki, hazırkı hakimiyyət Azərbaycanı nəinki mərkəzi, həm də yerli səviyyədə inkişafdan saxlayır. Elə ona görə də yerli büdcənin gəlirlərinin dövlət gəlirlərində payı çox aşağıdır.
Hazırda Azərbaycanda 1.606 bələdiyyə fəaliyyət göstərir. Lakin, ötən il bələdiyyələrin illik gəlirləri təxminən 36 milyon manat təşkil edib və həmin ildə 1 bələdiyyənin büdcə gəlirlərinin orta hesabla 22 min 416 manat olub. Beləliklə də bələdiyyələrin aylıq gəliri orta hesabla 1868 manatdır.
ADR Hərəkatı təklif edir ki, Azərbaycan hakimiyyəti həm inzibatı və həm də fiskal əks-mərkəzləşmə islahatlarına başlamalı, yerli özünüidarəetmə orqanlarına yerli hakimiyyət statusu verməli, gəlin il üçün dövlət büdcsəindən 157 milyon manat vəsait əldə edəcək korrupsioner yerli icra hakimiyyətlərini ləğv etməli və bundan sonra da onların bazasında yeni yaradılan şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrin, eləcə də Gəncə və Bakı şəhərlərinin bələdiyyələrini və merini eçmək üçün yenidən, lakin azad və ədalətli seçkilər keçirilməldir”- deyə bildirib.