Gündəm
“Udan tərəf Rusiya və İran olacaq, Trampın ikinci dəfə seçilmək şansı azaldı”
Politoloq Natiq Cəfərli ABŞ-İran gərginliyinin artmasının ilkin nəticələri barədə yazıb.
Bizimyol.info xəbər verir ki, politoloq İranda son günlər baş verənlərin əslində Trampın ikinci dəfə prezident seçilməməsi üçün şərait yaratdığını qeyd edib.
“1) ABŞ əsgərlərinin İraqdan çıxarılması ilə bağlı bu ölkənin parlamenti qərar verdi - uduzan Tramp oldu, hatta İraqı sanksiya ilə hədələyir, artıq bu aləti beynəlxalq aləmdə gülüş hədəfinə çevirir - "kimdən xoşum gəlmir sanksiya qoyacam", yanaşması absurddur. Bu addım İrana və Rusiyaya yaradı - ABŞ əsgəri İraqdan çıxsa, qazanan bu iki ölkə olacaq.
2) İran generalının beynəlxalq hüqüqa zidd öldürülməsi İran əhalisini yenidən anti-amerikanizm mövzusunda birləşdirdi, xarici düşmən daxili sosial-iqtisadi problemləri arxa plana atdı - udan İran hökuməti oldu.
3) Gərginlik neftin qiymətini 70 dollara çıxartdı - udan Rusiya və digər neftə bağlı ölkələr oldu, Səudiyyə də uddu- ARAMCO şirkətinin səhimlərini daha baha satacaq, uduzan isə ABŞ istehlakçısı oldu, benzini daha baha alacaq, bu da Trampın 2-ci dəfə seçilmə şansını azaldır.
3) Yaxın Şərqdə anti-amerakanizm artdı - uduzan yenə ABŞ oldu.
4) İranın nüvə anlaşmasından tam çəkilməsi üçün hüquqi bəhanə yarandı - uduzan Qərb oldu, qazanan isə yenə Rusiyadır - həm anlaşmanı dəstəkləyir, həm də İranla dünya arasında arabulucu olub nüfuzunu artırır.
5) ABŞ bu gərginlikdən sonra Suriyadan da çəkilməyə məcbur olacaq, çünki bu yiyəsi ölmüş ölkədə istənilən ABŞ marağı "hibrid hücum" üçün açıq hala gələcək - uduzan ABŞ, udan isə yenə Rusiya və İran olacaq.
Xub, belə analiz edən ABŞ "beyin mərkəzləri" yoxdurmu? Təbii ki, var, amma Trampa missiya yükləyən pərdəarxası güclər onun ikinci dəfə seçilməyəcəyini anlayırlar və bu 1 ildə onun əli ilə bəzi məsələləri həll etmək istəyirlər. Əslində seçkidən öncəki 1 ildə ABŞ prezidentləri həmişə "axsaq ördək" olurlar, yəni yenidən seçilmə haqqında düşünüb kəskin addımlar atmırlar - Tramp isə özünü siyasətçi kimi yox, dalaşqan məhəllə uşağı kimi aparır, məntiqi, siyasi etikanı, siyasi yanaşmanı zorlayır. Deməli əsas məqsəd seçilmək deyil də, başqa prezidentin heç vaxt etməcəyini ona etdirməkdir”.