Gündəm
Deputat elan etdi: Hazır olun, karantin sərtləşə bilər
Bu gün bəzi insanlar qida, dərman və s. zəruri ehtiyaclarını ödəmək üçün verilən üç saatlıq icazədən sui-istifadə edir. Yəni sadəcə gəzmək və ya zəruri olmayan işlər üçün icazələr alırlar. Bu hallar yoluxmanın artmasına və karantin qaydalarının yenidən sərtləşməsinə gətirib çıxara bilər.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov karantin rejiminin qüvvədə olmasına baxmayaraq, bəzi vətəndaşların küçələrə çıxması və bunun yaradacağı təhlükələrlə bağlı danışarkən deyib. O bildirib ki, vətəndaşlar karantin qaydalarına əməl etməli və daha məsuliyyətli davranmalıdırlar:
“Koronavirusa qarşı mübarizə prosesində Azərbaycanın qazandığı uğurlar beynəlxalq səviyyədə müsbət qarşılanır. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin virusla effektiv mübarizəsini müsbət qiymətləndirir.
Cənab Prezidentin pandemiya ilə mübarizədə əsas hədəfi minimum itki ilə bu ağır vəziyyətdən çıxmaqdır. Təbii ki, bu istiqamətdə vətəndaşlarımızın da üzərinə böyük yük düşür. Çünki görülən tədbirlər vətəndaşların məsuliyyətli davrandığı zaman effektli olur”.
Deputat vurğulayıb ki, vətəndaşların məsuliyyətsizliyi karantin rejiminin uzanmasına səbəb ola bilər:
“Təəssüf ki, bu gün vətəndaşlar arasında hələ də bu virusun təhlükəsini anlamayanlar var. Bildiyiniz kimi, hazırda ölkəmizdə pandemiya sonrası dövrə hazırlıq gedir. Karantin prosesində yumşalmalar müşahidə olunur. Aprelin 27-də bununla bağlı ilkin addımlar atılıb. Bunun da əsas səbəbi sağalanların sayının yoluxanların sayını üstələməsidir. Ölkə rəhbərliyi bunu nəzərə alaraq, karantin prosesini yumşaltmağa qərar verdi. Hətta Operativ Qərargah qadağaların tədricən yumşalacağını açıqladı. Təəssüf ki, bəzi vətəndaşlarımız karantin prosesinin yumşalmasını əsas gətirərək çölə çıxırlar. Vətəndaşlar ilk növbədə anlamalıdırlar ki, karantindən tez bir zamanda çıxmağın tək yolu mövcud qaydalara əməl etməkdir. Yəni yoluxma sayında yenidən kəskin artım müşahidə olunsa, qaydalar daha da sərtləşə bilər”.
Daha çox xəbər:
Karantin rejiminin müddəti yenidən artırıldı
Bakı Nəqliyyat Agentliyi cərimələri bərpa edir - Bu tarixdən
Bakıda xüsusi karantin rejiminə necə riayət olunur? - VİDEO
TƏBİB-dən koronavirusla bağlı sevindirici açıqlama
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin pandemiyaya qarşı mübarizə çağırışılarını dəstəkləyir