Gündəm
20:30, 28 Nisan 2019

Problemsiz ailə üçün 10 tövsiyə – QADINLARIN MENYUSUNA

Problemsiz ailə üçün 10 tövsiyə – QADINLARIN MENYUSUNA



Hər bir qadını istər sosial həyatda, istərsə də ailədaxili münasibətlərdə maraqlandıran "qaydalar" var. Bu qaydaların tətbiq olunması ailədə rahat, xoşbəxt bir ab-hava yaradır.
BEŞ.AZ gencaile.az-a istinadən bildirir ki, bəlkə də, ailə quran qadınlar qeyd edəcəyimiz bu qaydalardan az-çox xəbərdardırlar. Ancaq bir şey də həqiqətdir ki, bu qaydalara əməl etmək xəbərdar olmaqdan daha faydalıdır...

1. Mümkün qədər həyat yoldaşınızı kənar problemlərə ortaq etməyin. Belə porblemlərin öhdəsindən özünüz gəlməyə çalışın. Ancaq sevincli günlərinizdə onu unutmayın.

2. Məsləhət və ya məsləhətləşmək ailə həyatında çox vacib prinsipdir. Buna görə də, ailədə biri yaxasını kənara çəkib yükü o birinin çiyninə yükləməməlidir. Sevincdə bir olduğu kimi, kədərdə də bir olmalıdır.

3. Xoşbəxtlik evdə heç bir problemlə üzləşməməkdə deyil, problemlərin öhdəsindən gələ bilməkdə, onların çoxalmasına imkan verməməkdə və nəhayət, münasibətlərinizə təsir göstərməsinə (həm də mənfi mənada) zəmin yaratmamaqdadır.

4. Ən adi bir problemdə evdən getmək və ya başqa bir şəkildə problemlərdən qaçmaq çıxış yolu deyil. Ən yaxşısı vaxt itirmədən soyuq başla problemin həllinä başlamaqdır.

5. Mübahisə zamanı həyat yoldaşınızın gözəl xüsusiyyətlərini xatırlamağa çalışın. Bir sözlə, onun bəyənmədiyiniz tərəflərinin yaxşı xüsusiyyətlərinə kölgə salmasına imkan verməyin.

6. "Qılınc yarası sağalar, dil yarası sağalmaz". Ailədaxili mübahisələrdə ürək sındıran sözlərdən uzaq olun. Yoxsa, xırda bir səhv ucbatından onun sizə qarşı olan sevgisini birdəfəlik itirə bilərsiniz.

7. Bəzən ailədə tərəflər heç özləri də bilmədən "qürur"larının, "mənlik"lərinin toruna düşürlər. Halbuki, "qürurum", "mənliyim" kimi sözlər şeytanın tələsindən başqa bir şey deyil.

8. Valideynlər uşaqların yanında mübahisə etməməli, ya da yüksək səslə danışmamalıdırlar. Çünki uşaqlar ilk növbədə ata-analarından nümunə götürür və hər şeyi onları təqlid edərək öyrənirlər.

9. Başqa vacib bir məsələ isə qadınların həyat yoldaşlarına münasibətləri ilə bağlıdır. Bu baxımdan, qadın lazım gəlsə, həyat yoldaşından ideal bir insan olduğunu "gizlətməməli", hətta, onunla fəxr etdiyini belə hiss etdirməlidir.

10. Bəzən bir-birinizə qarşı olan sevginizin qapısını hədiyyə ilə açın. Hətta, bunun üçün xüsusi bir gün və ya əlamətdar bir tarix gözləməyin. Bir sözlə, "hədiyyələşin ki, bir-birinizə sevginiz artsın".
Digər xəbərlər: