Gündəm
İcra başçılarının həbsinin pərdəarxası məqamları məlum oldu: - DTX-nın növbəti hədəfi kim olacaq?
Daxili Təhlükəsizlik Xidməti tərəfindən, icra başçıların həbsinin davam etdiyi bir məqamda, Prezident İlham Əliyevin yeni vəzifəyə başlayan Baş Prokuror Kamran Əliyevi qəbul edərkən, korrupsiyaya bulaşmış məmurlara qarşı mübarizə aparmaq tapşırığı verdi. Prezident bir növ yeni Baş Prokurora kartbalanş vermiş oldu. Kamran Əliyev vəzifəyə başlayar-başlamaz, prokurorluq vətəndaşlara müraciət edərək, belə neqativ hallarla bağlı qurumun qaynar xəttinə müraciət etməyi tövsiyə etdi.
Daha sonra, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında həbslərin təkcə korrupsiya bulaşmış icra başçıları ilə yekunlaşmayacağını, korrupsiya və rüşvətə bulaşmış komitə sədri və nazirlərin də həbsinin anonsunu verdi. İndiyə qədər həbs dalğası nazir və komitə sədrlərini əhatə etməsə də Siyavuş Novruzovun belə açıqlaması nazir və komitə sədrlərinin də son proseslərdən kənarda qalmayacağını deməyə əsas verir.
Prezidentin məlum çıxışından sonra, artıq mətbuatda bir çox rayonlarda icra başçılarının korrupsiya əməlləri, DOST mərkəzində çalışanların əmək haqqlarının mənimsənilməsi faktları gündəmə gəlməyə başladı.
AzToday.az xəbər verir ki, keçən həftə Baş Prokurorluq daha irəli gedərək, Heydər Əliyev Fondunun aztəminatlı ailələrə gördərmiş olduğu yardım paketlərinin icra hakimiyyətləri tərəfindən mənimsənilməsi faktlarının olduğunu açıqladı. Qeyd edək ki, Biləsuvar İcra hakimiyyətin başçısı Mahir Quliyevin həbsinin əsas səbəbi də Heydər Əliyev Fondunun göndərdiyi ərzaq paketlərinin mənimsənilməsi idi. Qeyd edək ki, karantin dönəmində icra başçıları təkcə yardımları mənimsəməklə gündəmə gəlməyib, eyni zamanda yardım paylayan insanların hədələməsi ilə də gündəmə gəliblər.
Ən maraqlı məqam isə odur ki, indiyə qədər əgər sadə vətəndaşlar qara maskalı DTX əməkdaşlarını öz rayonlarında arzulayırdısa, artıq bu arzuda deputatlar da bulunmağa başlayıb. Belə ki, xalq şairi, deputat Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Yardımlı rayon icra bu Ayaz Əsgərovu aztəminatlı ailələrə ayrılan yardımların mənimsənilməsində ittiham edərək, növbəti həbs olunan icra başçısının məhz Ayaz Əsgərovun olmalı olduğunu bildirir.
Görünən odur ki, icra başıların həbsi davam edəcək. Sırada hansı icra başçısının olduğunu demək isə çətindir. Bu bizim yox, qara maskalı oğlanların bildiyi məsələdir…
Daha çox xəbər:
Siyavuş Novruzov: “İlham Əliyevin səhhətində heç bir problem yoxdur” – “Bu cür yalan məlumatları yayanlar düşmənlərdir”
Komitə sədri valideynlərə müraciət etdi: "Məsuliyyətli olun!"
Zakir Qaralova qədər və ondan sonra... - Kimlər gəlib, kimlər gedib...
Yeni icra başçısı ona vəzifə verdi
İcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq – Video