Gündəm
Avtomobillərdə pərdə qadağası dövrü başa çatır
Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək.
Beş.az Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək.
Qəbul edilmiş standartlar üzrə mayın 1-dən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.
Yol-hərəkəti qanununun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir.
Qeyd edək ki, tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq.
Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq