Gündəm
22:40, 03 Temmuz 2020

Azərbaycanın Perspektivli Polis Baş Leytenantı

Azərbaycanın Perspektivli Polis Baş Leytenantı
Vətən Sənə əmanətdir, Baş Leytenant!
Azia.Az saytı olaraq xəbər veririk ki, Bu gün 2 İyul Azərbaycanda Daxili İşlər orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Məlumat üçün xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polisinin yaradılmasına başlanılıb. Ölkəmizin ilk Daxili İşlər Naziri isə Fətəli Xan İsgəndər Xan oğlu Xoyski olub.

Müstəqillik illərində 1994-2019-cu ilə kimi Daxili İşlər Naziri vəzifəsini icra edən keçmiş nazirimiz Usubov Ramil İdris oğlu, 2019-cı ildən bu günə kimi bu vəzifəni icra edən Cənab nazirimiz Vilayət Süleyman oğlu Eyvazovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki: “Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün, dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki, bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Düşünürəm ki, belə bir çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”...

Polis cəmiyyətin təhlükəsizliyini qoruyan asayiş keşikçisi olmaqla, şərəfli bir peşənin daşıyıcısıdır. Çiyinlərində təkcə paqon gəzdirmir, eyni zamanda ictimai sabitliyin qaranti kimi məsul yükü daşıyır. Təbii ki, Polis olmaq, çoxlarının uşaqlıq arzusu olsa da, bu heç də hər adama nəsib olmur. Bugünki müsahibimiz Yasamal rayonu, 28-ci Polis Bölməsinin Sahə İnspektoru və Polis Baş Leytenantı Çingiz Füzuli oğlu Ələsgərlidir.

O, 3 ildən artıqdır ki, bu vəzifədə çalışır. Həmin müddətdə dövlət atributlarını çiyinlərində daşımasından qurur duyan Çingiz Ələsgərlinin öncə qısa tərcümeyi-halına nəzər salmaq yerinə düşərdi.

Çingiz Füzuli oğlu Ələsgərli 29 Yanvar 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onu bu peşəyə uşaqlıqdan bəri polis olmaq arzusu gətirib. Orta məktəbi uğurla başa vurduqdan sonra müsahibim hərbi xidmətə çağırılmış, Vətənin müdafiəsində yaxından iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra isə Polis Akademiyasına daxil olmuş, ali təhsil almışdır. Ali məktəbdə təhsil aldığı müddətdə Çingiz Polis peşəsinin sirrlərini daha da dərindən öyrənmişdir.

Ələsgərlilər ailəsi 4 nəfərdən ibarətdir. Atası Füzuli Novruz oğlu Ələsgərli Gədəbəy rayonunda anadan olub. Orta ixtisas təhsilli olan Füzuli bəy texnikumda dərzilik fakultəsini oxuyub. Zəhmətkeş ata öz əllərinin əziyyəti ilə dərzi fəaliyyəti ilə məşğul olaraq, hər gün ailəsinin qayğısına qalmaqdadır.

Ailədə uşaqların təlim-tərbiyəsinə isə daha çox əməyi olan orta ixtisas təhsilli anası Vəfa xanımın rolu danılmazdır. Müsahibimin ailəli olan bir bacısı var ki, onun da kiçik oğul övladı var.

Çingiz Ələsgərli üçün uğur insanın öz əlində, öz daxilindədir. Müsahibimin özünə ideal olaraq, örnək aldığı şəxs məhz valideynləridir. Belə ki, oğlunun uğurlarında ata-anasının zəhməti böyükdür. Buna görə də daim onlara minnətdardır. Azərbaycan Polisi fəxrimizdir!

Azərbaycanın Perspektivli Polis Baş Leytenantı

Bəs görəsən, Polisə kimlər etibar edir?

- Təbii ki, vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayanlar!

Polisə niyə hörmət edirlər?

-Çünki, qanunların və insan haqlarının qorunmasına, bütövlükdə cəmiyyətimizin təhlükəsizliyinə xidmət edir!

Qeyd edək ki, Polis olmaq arzusu daha təhlükəsiz dövlətdə yaşamaq deməkdir. Daha çox vətəndaş qanunlara tabe yaşamaq istəyindədir. Müsahibimin sözlərinə görə hər bir Polis əməkdaşının çiyinlərində dövlət atributunu daşımaq şərəfdir. Məndə də həmçinin!

Doğrusunu desəm, mənim də uşaq yaşlarından polis olmaq arzusu ürəyimdən keçib və artıq buna nail olmuşam. Bu arzumun təməlində isə vətəndaşların hüquqlarını qorumaq, onlara çətin vəziyyətlərində kömək etmək istəyi dayanıb.

Bu sahadə çalışdıqdan sonra görmüşəm ki, həqiqətən polisin işi çətin, məsuliyyətli, eyni zamanda şərəflidir.

Düzdür, polisdə işləmək böyük məsuliyyətdir. Amma, nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər şərəflidir. Məni polis peşəsini seçməyə kimsə istiqmətləndirməyib. Bunu özüm sevib, istəmişəm. Akademiyanı bitirdikdən sonra təyinatla polis orqanlarına daxil oldum. Bunu ən çox özüm istəyirdim. Xidmətə başladığım ilk gündən işə necə həvəslə gedirdimsə, bu gün də o intizama əməl edirəm.

Bu peşə məni sərtləşdirməyib. Əksinə, polis işçisi həmişə təvazökar və hər zaman vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranandır. Belə ki, bazar günləri, bütün bayram günləri də bizim üçün iş günüdür. Həmin günlərdə növbə ilə fasiləsiz olaraq, gücləndirilmiş iş rejimində çalışaraq, vətəndaşlarımıza xidmətində dayanıb, cəmiyyətimizin təhlükəsizliyini 24 saat ərzində təmin edirik.

Polis işçiləri həmişə formada olmalıdırlar. Həmişə formada olmaq, məncə hər bir polis işçisi üçün daha da qürurludur. Fəxr edirəm ki, dövlətçiliyə xidmət edirəm, çiyinlərimdə dövlət atributlarını gəzdirirəm. Müəyyən çərçivədə olmaq da məni narahat etmir. Bəzən vətəndaşlar polisdən qorxurlar. Əslində, polisdən qorxmaq yox, ona hörmət etmək lazımdır. Çünki, polis dövlətçiliyimizin keşiyindədir. Polisdən yalnız cinayətkar qorxa bilər!

Müsahibimin sözlərinə görə adi vətəndaş polisdən qorxmamalıdır, ona hörmətlə yanaşmalıdır. Çünki, polis onu qoruyur, polis qanunun keşiyində dayanır!
İctimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində dayanmaq, dövlətin və dövlətçiliyin əsas dayaqlarından olan polis peşəsindən gözəl nə ola bilər ki?
Polis olmaq bir şərəfdir. Bu gün Daxili İşlər Orqanlarında işləmək qürurvericidir. Çünki, bunun bəlli səbəbləri var ki, hər bir əməkdaşın fəaliyyəti, xidməti intizamı qiymətləndirilir, dəyər verilir.

Çətin günlər gördük, ölkəmiz necə çətin təlatümlər içərisindən keçərək güclü, ictimai sabitliyin etibarlı dayağı olduğu polis bütün çağırışlara, cəmiyyəti maraqlandıran, qayğılandıran bütün hallara dərhal reaksiya verir.

İndi elə bir dövrdə yaşayırıq ki, cəmiyyətimiz bu baradə məlumatlıdır və bilir ki, polisin fəaliyyəti vətəndaş məmnunluğunun təmin olunmasına yönəlib.

Polis olmağın yeganə məsuliyyəti bu adı doğrultmaq, cəmiyyətə bir nümunə olmaqdır. Əgər doğrudan da beləyəmsə, bunu da polisliyimə borcluyam.

Əziz oxucularımız! Məlumat üçün bir daha xatırladaq ki, müsahibim Çingiz Füzuli oğlu Ələsgərli hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayonun 28-ci Polis Bölməsində tutduğu vəzifəsi üzrə fəaliyyətini davam etdirməkdədir.

Olduqca çətin və məsuliyyətli işinin öhdəsindən layiqincə gələn müsahibim Çingiz Ələsgərli deyir ki: “Bu gün görkəmli dövlət xadimi Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində çox şükürlər olsun ki, ölkəmizdə ictimai asayiş təmin olunub. Polisin fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizdə Polis Akademiyası fəaliyyət göstərir və burada ixtisaslı kadrlar yetişdirilir. Həmçinin, Polis orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılıb. Buna görə də dövlətimizə və cənab Prezidentimiz İlham Əliyevə minnətdaram və çalışacam ki, bundan sonra Azərbaycan Respublikamızın inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm!”

Sonda bir gün də özünü Polis sıralarından kənarda hiss etmədiyini deyən, polis işinin, bütün qəlbində sevdiyini, şüurlu həyatının ən dəyərli illərini həsr etdiyini dilə gətirən, müsahibimiz Çingiz Füzuli oğlu Ələsgərli sevimli peşəsinin ictimai asayişi qorumaq işinin bu günki davamçılarına, bütün həmkarlarına qarşıda qoyulan tapşırıqların irəli sürülən vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamağını da unutmadı.

Müsahibim :-“Biz demirik ki, Azərbaycan polisinin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki,polis də dövlətin arxa-dayağıdır. Polisə olan hörmət dövlətə olan hörmətdir.”-deyərək sonda sözlərinə əlavə etdi.

Unutmayın...Polis qanunun keşikçisidir. Qanun, ədalət isə hamıya lazımdır. Bu gün polisə hücum edənlər sabah hansı üzlə polisdən ədalət tələb edəcəklər?!
Mətbuat olaraq biz də polisin şərəfli adını və qürurlu fəaliyyətini hər zaman yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik! Polis məni, bizi, sizi, beləliklə də hamımızı qoruyur.

Ona görə də hər birinizdən Azərbaycan polisimizə qarşı anlayışlı olmağınızı xahiş edirəm!

Biz də “Azia.Az” saytı olaraq, fürsətdən istifadə edib, "Polis günü" münasibətilə başda Daxili İşlər Nazirimiz cənab Vilayət Süleyman oğlu Eyvazov olmaqla, müsahibim Çingiz Füzuli oğlu Ələsgərlinin timsalında Nəsimi Rayonun 20-ci Polis Bölməsinin Polis Sahə İnspektoru və Polis Mayoru Babək Əliağa oğlu Musayevi, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Sahə Rəisi İlham Şahniyaz oğlu Məhərrəmovu, Nəsimi rayon 19-cu Polis Bölməsinin Polis Sahə İnspektoru və Polis Mayoru Elxan Məmmədxan oğlu Hüseynovu, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 32-ci Polis Bölməsinin Sahə İnspektoru Ayaz müəllimi, Binəqədi rayonu 40-cı Polis Bölməsinin Sahə İnspektoru və Polis Baş Leytenantı İlkin Vidadi oğlu İsmayılovu, Tovuz Rayonu Qovlar şəhər Polis İdarəsində Sahə Rəisi və Polis Kapitanı Əliyev Sərxan müəllim daxil olmaqla, kollektivimiz adından bütün polislərimizi səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı və dövlətimizin və xalqımızın üçün çətin və şərəfli peşə fəaliyyətlərində nailiyyətlər arzu edirik!

Asayişi qoruyub, hər an ayıq olursan,
Harda dinclik görəndə, min bir ilham alırsan.
Sizlərin sayəsində yolu rahat gedirik,
Hörmətli Baş Leytenant!
Sizi təbrik edirik!!!

Aybəniz Füzuli qızı Abdulova
“Azia.Az”-ın xüsusi müxbiri
Digər xəbərlər: