Gündəm
12:20, 21 Temmuz 2020

Mənalı həyat yolu - Rüxsarə Ələkbərova

Mənalı həyat yolu - Rüxsarə Ələkbərova
Rüxsarə Zeynalabdin qızı Ələkbərova 1954-cü il 28 iyulda Bakıda anadan olmuşdur. 1961-1971-ci illərdə Hüseyn Cavid adına 132 nömrəli orta məktəbdə oxumuş, 3 nömrəli musiqi məktəbində isə fortepiano sinfi üzrə də musiqi təhsili almışdır. (1968-1972) 1972-1974-cü illərdə Azərbaycan Rabitə Nazirliyi Aparatında işləmişdir. 1973-1979-cu illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı ixtisasına yiyələnmişdir. 1981-ci ildə Rabitə Nazirliyi Mərkəzi Telefon Qovşağında iqtisadçı vəzifəsində işləmişdir. 1985-1987-ci illərdə Tibb İşçiləri Evi nəzdindəki toxuma, biçmə və tikmə ikiillik kurslarını da “əla” qiymətlərlə bitirmişdir.

Rüxsarə xanımın çalışdığı sahələr bunlardır:
1990-cı ildən taleyini məktəbdə, müəllimliklə başlamışdır. Binəqədi rayon Uşaq Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər”, “Yumşaq oyuncaqlar”, “Biçmə və tikmə” və “Toxuma” dərnəklərinin rəhbəri olmuşdur. 1993-cü ildən 276 nömrəli məktəbdə əmək təlimi və iqtisadiyyatın əsasları fənnini tədris etməyə başlamışdır. Məktəbdə fənn metodbirləşmə sədri, metodist,Binəqədi rayon üzrə ştatdan kənar metodist olmuşdur. İşlədiyi müddət ərzində bir çox müsabiqələrin iştirakçısı və qalibi olmuş, müxtəlif sərgi, konfranslarda iştirak etmişdir. 2003-cü ildə BPKİYİ-yə dəvət olunmuş və əmək təlimi Kabinetinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

Mənalı həyat yolu - Rüxsarə Ələkbərova

2004-cü ildən-Kurrikulum islahatının alt-komponentində proqram tərtibi üzrə qrup üzvü, 2006-cı ildən-Kurrikulum islahatının alt-komponentində ibtidai təhsil pilləsində tədris olunan texnologiya fənninin proqram tərtibi üzrə milli məsləhətçi, 2008-ci il- Kurrikulumla əlaqədar, Nazirliyin təşkil etdiyi, Respublikanın ibtidai təhsil pilləsində I siniflərində dərs deyəcək müəllimlər üçün fənn kurrikumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığının təmin edilməsi, Texnologiya fənninin “Məzmun standartları” materialları üzrə, 9/7 qrupda seminarlarda təlimci lektor, Kurrikulum islahatının alt-komponentində ümumtəhsil məktəblərinin V- IX sinifləri üçün Texnologiya fənninin proqram tərtibi üzrə milli məsləhətçi, «Kurrikulum: Təhsil Nazirliyi - Tədris materiallarının hazırlanması və Şagird Qiymətləndirilməsi» üzrə - işçi qrupunun üzvü, SİTO Qrupu «Şagird nailiyyətlərinin Qiymətləndirilməsi üzrə işçi qrupunun üzvüdür. Bakı Baş Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələrdə Rüxsarə Ələkbərova “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı kabineti” müsabiqələrində bir neçə dəfə yer tutmuşdur. Ali kateqoriyalı müəllim, həmçinin “İlin müəllimi” fəxri adı ilə təltif edilmiş və ona təşəkkürlər elan olunmuşdur.

Bakı Baş Təhsil İdarəsi, Təhsil Mərkəzinin, BPKİ və YHİ-nin Binəqədi rayon Təhsil şöbəsi, 276 nömrəli məktəbin rəhbərliyi Rüxsarə xanım Ələkbərovaya xüsusi təşəkkürünü bildirmişlər.
Habelə, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən “Ulu Öndər”, “Xan qızı Natəvan” diplomu ilə təltif olunub. Onun haqqında 14 qəzet və 5 topluda məqalələr dərc olunmuşdur.

2008-ci ildən-institutun struktur dəyişikliyi ilə əlaqədar “İncəsənət, əmək, fiziki tərbiyə və mülki-müdafiə kafedrası” nın metodisti, 1 may 2013-cü ildən -“İncəsənət, əmək, fiziki tərbiyə və mülki-müdafiə kafedrası”nın baş müəllimi, 2014-2015-ci illərdə, həmçinin, “İdrak” liseyində texnologiya müəllimi işləyib.

Mənalı həyat yolu - Rüxsarə Ələkbərova

I Beynəlxalq Elmi Konfrans üçün material -“İnnovativ təhsilin keyfiyyəti və inkişafı” - adlı elmi əsər, 2010-cu il, 9-11 noyabr, məruzəçi, II Beynəlxalq Elmi Konfrans üçün material -“İnnovativ təhsilin keyfiyyəti və inkişafı”-adlı elmi əsər, 7-9 iyun 2012-cu il, 2012- ci ilin iyun-avqust aylarında Azərbaycanın müxtəlif rayonlarında, ümumi orta təhsil pilləsinin V siniflərində dərs deyəcək Texnologiya müəllimləri üçün keçirilən kurrikulum treninqlərində təlimçi, 2013- cü il, Təhsil Nazirliyinin təşkil etdiyi 258 nömrəli məktəbdə keçirilən “İlin müəllimi” müsabiqəsində- ekspert, 2014- cü il, sentyabrda, 18 nömrəli məktəbdə təşkil olunmuş kurrikulum kurslarında koordinator, 2015- ci il, iyun, XXI əsr liseyi, kurrikulum kursları- təlimçi, 2015-ci il, iyun, Evrika liseyi, kurrikulum kursları- təlimçi işləyib.

Mənalı həyat yolu - Rüxsarə Ələkbərova

2015-ci ildən-institutun struktur dəyişikliyi ilə əlaqədar-1 iyun 2015-il Binəqədi Uşaq Yaradıcılıq Mərkəzinə dərnək rəhbəri, 2017-ci ildən Mərkəzlərin birləşməsi ilə əlaqədar 6 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinə dərnək rəhbəri təyin olunub.

Rüxsarə xanımın əməyinə verilən yüksək qiymətin nəticəsi olaraq ona aşağıdakı diplom və mükafatlar verilmişdir:
Mükafat və Sertifikatları:

“Təşəkkür”-1993-ci il, Binəqədi rayon Uşaq Yaradıcılıq evi- A.Miriyev, “Diplom” - “İlin ən yaxşı fənn kabineti”, 1 iyul 1998-ci il, BŞBTİ- A.Cahangirov, “Diplom” -“İlin ən yaxşı fənn kabineti” - 3 oktyabr 1998-ci il, BTŞ-M.Bayramov, “Diplom” -“İlin ən yaxşı fənn kabineti” - 30 iyun 1999-cu il, BŞBTİ- I A. Cahangirov, “Diplom” - “İlin ən yaxşı fənn müəllimi” - oktyabr 1999-cu il, BTŞ-M. Bayramov, “Diplom” - “Xan qızı Natəvan”-16 oktyabr 2001-ci il, “Fəxri fərman”-30 aprel 2002-ci il, 276№-li məktəb, - B. Şiriyev, “Fəxri fərman”-04 noyabr 2002-ci il, AR “Təhcil” mərkəzi, - M. Borçalı, “Diplom” - “İlin əmək müəllimi”-fəxri adı-10 may 2003 ci il, “Təhcil” mərkəzi, - M. Borçalı, “Fəxri fərman”-21 dekabr 2003-cü il,- BPKİYİ, İ. Məmmədov, “Fəxri fərman”-21 dekabr 2003-cü il, 276 №-li məktəbin müəllimi və 5 şagirdi,- BPKİYİ, İ. Məmmədov, “Fəxri fərman”-2004-cü il,” R.Ə.-50 illik yubileyi” münasibəti ilə 276 №-li məktəb, - B. Şiriyev, “Fəxri fərman”-03 oktyabr 1998-ci il, BTŞ- H. Əsgərov, “Fəxri fərman”- “Ulu öndər”-Bakı-2006-cı il, AR “Təhsil” mərkəzi və “Elm və Təhsil qəzeti, - M. Borçalı, “Fəxri fərman”-“ H.Ə. 85 illik yubileyi”-03 may 2008-ci il, 276№-li məktəb, - B. Şiriyev, “Sertifikat” - 2008-ci il - Təhsil Nazirliyi və “Mədəd” Humanitar Təşkilatının İctimai Birliyi tərəfindən İKT-nin tədrisə tətbiqinin əks etdirilməsinə yönəldilmiş - Rİ-SOL təlim kursu, “Sertifikat”-Təlimçilərin təlimi-kurrikulum üzrə -“Texnologiya”- 27 fevral-9 mart 2012- ci il, - “Avropa” liseyində treninq, “Fəxri fərman”-5 oktyabr 2011-ci il, - BPKİYİ, A. Zamanov, “Sertifikat” - 2012 ci -il, EDUMEDİA- “Promethean ” interaktiv lövhələrdən istifadə üzrə təlim kursu, “Fəxri diplom”-“H.Ə.”-Bakı-2012, - “İctimai fikir” qəzeti, “İlin müəllimi” müsabiqəsi-ekspert, mart 2013-cü il, -Təhsil Nazirliyi, 258 №li məktəbdə, “Fəxri fərman” 5 mart 2013-cü il, BPKİYİ, - A.Zamanov, “Fəxri fərman” 30 sentyabr 2013-cü il, BPKİYİ, - A.Zamanov, “Sertifikat” - kurrikulumun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” kursu, “Təlimçi” statusu -“Texnologiya”- “Unikal-1” MMC - 2013, “Sertifikat” - kurrikulumun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni”, “Təlimçi” statusu -“Təsviri incəsənət”-Ə T M - 2013, “Fəxri diplom” - “ŞƏRƏF” media mükafatı laureatı- 31.12.2013-cü il, Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri işçiləri, Respublika Həmkarlar İttifaqının qərarı ilə -AzərRİVİHİ Rəyasət Heyətinin Fəxri Sədri - yazıçı, O.Salamzadə, “Sertifikat”- 2014-cü il - Məktəbəqədər təhsil kurrikulumu - Təhsil Texnologoyaları Mərkəzi - Öyrədənlərin öyrədəni - Təlimçi, “Fəxri diplom” - 04.10.2013-cü il (müəllim günü), “ŞƏRƏF” media mükafatı laureatı Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri işçiləri, Respublika Həmkarlar İttifaqının qərarı ilə AzərRİVİHİ Rəyasət Heyətinin Fəxri Sədri - yazıçı, O.Salamzadə, “Fəxri fərman”-“İlin müəllimi” 30 dekabr 2014-cü il, BPKİYİ, - A.Zamanov.

Çap olunmuş yazılar:

“Müəllimə kömək” metodik toplu, “Xananın texnoloji xəritəsinin hazırlanması və müxtəlif salfetlərin belə xanalarda hörülmə (emal) texnologiyaları”-elmi məqalə, I Beynəlxalq Elmi Konfrans üçün material -“İnnovativ təhsilin keyfiyyəti və inkişafı” - adlı elmi əsər, 2010- cu il, 9-11 noyabr, məruzəçi, II Beynəlxalq Elmi Konfrans üçün material -“İnnovativ təhsilin keyfiyyəti və inkişafı”-adlı elmi əsər, iştirakçı. 7-9 iyun 2012-cu il. “Texnologiya” (Azərbaycan dilində-2011), Dərslik (ümumtəhsil məktəblərinin V sinfi üçün), “Texnologiya” (Rus dilində-2011), Metodik vəsait (ümumtəhsil məktəblərinin V sinfi üçün), “Texnologiya” (Azərbaycan dilində-2011), Metodik vəsait (ümumtəhsil məktəblərinin V sinfi üçün), “Texnologiya” (Rus dilində-2011), İş dəftəri (ümumtəhsil məktəblərinin V sinfi üçün). “Psixoloq” qəzeti-№02 (30) 26 fevral 2011-ci il, “Gərginliyi aradan götürməyin bir psixoloyi yolu”-məqalə, “Təhsil problemləri” qəzeti-№75-76 (655-656) 08-15 oktyabr 2011-ci il, “Ümumtəhsil məktəblərin VI-XIII sinifləri üçün əmək hazırlığı fənnindən proqram materialının təxmini planlaşdırılması”- həmmüəllif, “Psixoloq” qəzeti-№10 (38) 28 oktyabr 2011-ci il, “Salfetin kvadrat xanada hörülmə (emal) texnologiyaları”- məqalə, “Psixoloq” qəzeti-№l1 (39) 29 noyabr 2011-ci il,” Salfetin kvadrat xanada hörülmə (emal) texnologiyaları”- məqalə, “Psixoloq” qəzeti-№02 (42) 28 fevral 2012-ci il, “Salfetin dördbucaqlı xanada hörülmə (emal) texnologiyaları”-məqalə, “Psixoloq” qəzeti-№03 (43) 30 mart 2012-ci il,’’Salfetin üçbucaqlı xanada hörülmə (emal) texnologiyalan”- məqalə, “Təhsil problemləri” qəzeti-№75-76(751-752) 08-15 oktyabr 2012-ci il, “Ümumtəhsil mərtəbləriin VI-XIII sinifləri üçün əmək hazırlığı fənnindən proqram materialının təxmini planlaşdırılması”- həmmüəllif, “Gələcəyə İlhamla” kitabı, Bakı, 2012-ci il,“Məqsədyönlü tədbirlər”- məqalə, Dərslik (ümumtəhsil məktəblərinin V sinfi üçün). “Elm və zəka”- Beynəlxalq elm-təhsil jurnalı - xüsusi buraxılış- “5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə”- məqalə, 2019.
Haqqında dərc olunmuş yazılar:

«Tribuna» qəzeti-1998-ci il 7-15 oktyabr, «Hümunəvi metodik mərkəz» adlı məqalə, «Şərqin səsi» qəzeti №33-2000-ci il avqust - «Zəhmətkeş müəllim» adlı məqalə, «Təhsil» nəşriyyatı-2001-ci il-«Elə yaşa ki...» toplusu, «Sənətinin vurğunu» adlı məqalə, «Elm və təhsil» qəzeti № 17-18-2001-ci il noyabr, «Zəhmət şöhrət gətirir» adlı məqalə, «Elm və təhsil» qəzeti №21-22-2001-ci il noyabr,-«Sənət yollarında» adlı məqalə, «İnter-press» qəzeti 03-10 avqust - 2002- ci il «Zəhmət şöhrət gətirir» adlı məqalə, «Azərbaycan müəllimi» qəzeti-2002-ci il 5-12 dekabr-276№li məktəbin qabaqcıl müəllimlərinə həsr olunmuş məqalə, «Elm və təhsil» qəzeti-oktyabr - «Əmək və biliyin vəhdəti» adlı məqalə, «Müəllim» nəşriyyatı-2004-cü il «Ömürdən səhifələr» toplusu, «Əmək və biliyin vəhdəti» adlı məqalə, «İqtidar-press» qəzeti - 2005-ci il 15 fevral - «Əməksevər müəllim» adlı məqalə, «Təhsil Problemləri İnstitutu»nun «Elmi-metodik» nəşri - 2005-ci il 21-31 iyun, Kurrikulum mərkəzində iş zamanı (ad günü münasibətilə təbrik) məqalə, - xüsusi buraxılışı, «Qanun və hədəf» qəzeti - 2005-ci il 15 sentyabr - «Hər günü gül bayramına çevrilən ömür» adlı məqalə, «Elm və təhsil» qəzeti-2006-cı il 05-12 oktyabr- «Təvazökar sənət fədaisi-ləyaqətli müəllim ömrü» adlı məqalə, «Sənət dünyası» - ədəbi-publisist toplu - «İlhamla birlikdə irəli» -20 oktyabr 2008-ci il, «Təhsil problemləri» qəzeti -№ 63-64, 11-20 noyabr 2009 - cu il - “Sevimli metodist” adlı məqalə, “Sevilən ziyalılar”-toplusunda “Qürurlu insan”- məqalə - Güllü Məmmədli-Bakı-2019, “Elm və zəka”- Beynəlxalq elm-təhsil jurnalı-xüsusi buraxılışı-yubiley münasibətilə təbrik - məqalə, dekabr 2019 № 3.

Bu illər ərzində Ruxsarə xanım, 1 Təşəkkür, 13 Fəxri-fərman, 4 Fəxri-Diplom, 6 Diplom, 6 Sertifikata layiq görülmüşdür.
Yekun nəticəyə gəlsək, bu günə qədər Rüxsarə xanım 30-dan çox fəxri-fərman, diplom və təltiflərə layiq görülüb, haqqında isə yazılmış kitab, jurnal, toplu və qəzet məqalələri 40-dan çoxdur.
Digər xəbərlər: