Gündəm
Redaktordan: Güllü Məmmədli
“Bizim Lider” xəbər portalında mənim redaktor olmağım daha da peşəmə həvəsimi artırdı.
Öncə onu vurğulamaq istərdim ki, mən özüm də ziyalıyam, təşkilatçılıqla, yaradıcılıqla, eyni zamanda qəzetçiliklə məşğul oluram.
Peşəmlə əlaqədar olaraq, hər gün müxtəlif insanlarla, peşə sahibləri ilə təmasda oluram. Bu insanları tanıdıqca hər birini yenidən kəşf edirsən, dinləyirsən, hər birini duyursan, fikrini bilirsən, görünməyən tərəflərini görürsən.
Biz bu gün müstəqil inkişaf etmiş Azərbayacanda yaşayırıq. Ölkəmizin inkişafı uğrunda, gələcək nəslin təlim-tərbiyəsində, elmimizin inkişafında, insanların sağlamlığı uğrunda çalışan həkimlərimizin ömür yolu çox təqdirəlayiqdir. Onlar gələcəyimizin qarantıdır, ömrü-ömrə calayaraq əzmlə çalışırlar.
Əsl insanlar üçün həyatda tək bir amal vardır ki, hər cür təmənna hisslərindən uzaq insanlığa xidmət etmək, xeyirxah insan olmaq, bəşəri dəyərlər adına, mənsub olduğu xalq, ölkə adına şan-şöhrət gətirmək arzusu...
Belə insanlar üçün həyatda yaşamaq, insanlığa xidmət etmək üçün bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir.
Xoşbəxt o, insandır ki, zamanın süzgəcindən keçir, işlədiyi hər bir yerdə insanlarda xoş təəssürat yaradır, onların sevgisini qazanır, sədaqətli dostluğu ilə öz sahəsində peşəkarlığı, insanlığı ilə seçilir və gənclərlə peşəsinin sirlərini səmimiyyətlə paylaşır, xalqına, millətinə, dövlətinə böyük sevgi bəsləyir.
Əsl ziyalı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir əqidənin daşıyıcısı kimi öz mövqeyni ortaya qoyur. Aydın baxışları, tutduğu yolla onun rəyinə hörmət bəsləyən başqalarına düzgün yol göstərməyə çalışır.
İnsanın xöşbəxtliyinin açarı onun ağıl və iradəsindən asılıdır. Yalnız bu yolla kamilliyə çata bilər, mənsub olduğun cəmiyyətdə hörmət və izlər sahibi ola bilərsən.
Ziyalı ömrü çox müqəddəsdir və həmişə yüksəkdir, bir nurdu, işıqlı ziyalı Millətinin qurur yeri, xalqının sabahıdır.
Hər bir xalqı ziyalısı, alimi, elm adamları ilə tanıyırlar. “Bizimlider” xəbər portalı saitində ki, ziyalılarımız ömrünü sadə, xeyirxah təmənnasız bir insan kimi yaşayan zəngin mənəviyyat sahibidirlər.
Əminik ki, onları yaxından tanıyan insanlar heç vaxtı bu dəyərli ziyalılardan xoş arzu, sevgi və dualarını əsirgəmiyəcəklər.
Bu nurlu insanlar haqqında yazılan bütün sözlər və yaxud yazdıqları məqalələr öz böyük əməyini yetirmələrinə miras qoyub getmiş, müəllimlərinə məhəbbət və minnətdarlıqlarının ifadəsidir.
Hörmətli oxucularımıza təqdim etdiyimiz bu saytımızda müstəqil ölkəmizə öz şərəfi ilə ləyaqətli xidmətləri ilə örnək yolunu uğurla davam etdirən, elmi və zəhməti ilə ehtiram sahibi olan şəxslər müxtəlif mövzularda məqalələr dərc olunmaqdadır.
Yetişməkdə olan gənc nəsillərə nümunə ola biləcək, ziyalılarımızın həyat və fəaliyyətindən yararlanmağı tövsiyyə edərək, Dövlətimizə qalibiyyət, xalqımıza uğurlarla nurlanan həyat arzulayırıq!
P.S. Güllü Nemət qızı Məmmədli 1947-ci ildə Balakən rayonunda dünyaya göz açıb. İlk orta təhsilini Gəncə şəhərində yerləşən 6 nömrəli tam orta məktəbi bitirib. 1973-cü ildə A.D.U-nin kimya fakültəsini bitirib.
30 il pedoqoji sahədə fəaliyyət göstərib. Əmək kitabçasına qabaqcıl əmək fəaliyyətimə görə təşəkkürnamə yazılıb.
Nizami rayon Təhsil Şöbəsi tərəfindən təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb.
Bələdiyə və Prezident seçkilərinin fəal üzvü olub. Hər bir işin öhdəsindən layiqlə gəlib.
Sinif rəhbəri kimi təcrübəsi yayılıb. Bakı Təkminləşdirmə İnstitutunda sinif rəhbərləri kursunun rektor qrupunun üzvü olub.
Onun haqqında “Sinif rəhbəri, problemlər və istiqamətlər” adlı kitab Güllü xanımın iş təcrübəsinə əsaslanıb. Bu kitab sinif rəhbərlərinin stolüstü kitabına çevrilib.
Bakı şəhərində yerləşən 272 nömrəli tam orta məktəbdə direktor müavini, psixoloq kimi uzun illər fəaliyyət göstərib. 200 şagird, 300 müəllimlə həvəslə, yorulmadan əzmlə çalışıb.
Həyatda hər bir kəsin hörmətini qazanıb. Qabaqcıl əmək fəaliyyəti nəzərə alınaraq, 2000-ci ildə mətbuata dəvət olunub. Şöbə müdiri, redaktor, baş redaktor müavini vəzifələrində çalışıb.
YAP və AJB-nin üzvüdür. Publisist şair, yazıçı Adil Abdullayevin “Ömür yolu” kitabında Güllü xanım barəsində məqalə və şeir dərc olunub.
“Elm təhsil” və “Şərqin səsi” qəzetinin baş redaktoru, məqalədə Güllü xanım barəsində xoş məramlı məqalələr yazılıb.
Jurnalist peşəsini sevən, öz işinə vicdanla yanaşan Güllü xanım gənc yazarlara bu gün nümunədir. Hamı onun iş təcrübəsindən bəhrələnməyə çalışır.
Hal-hazırda 2000-artıq məqalələri qəzet və jurnallarda çap olunub. “Abdulla Şaiq” və “Həsən bəy Zərdabi” mükafatlarına layiq görülüb.
Həyat yoldaşı Əliyev Qəhrəman ziyalı olaraq dünyasını dəyişib. Allah rəhmət etsin!
3 övladı ali təhsilli və ailəlidirlər. 7 nəvəsi, bir nəticəsi var.
Hal-hazırda “dahilider.az” xəbər portalının redaktoru vəzifəsində çalışır.
Qabaqcıl əmək fəaliyyəti, yüksək xidmətləri nəzərə alınaraq, “Bizimlider” xəbər portalının baş redaktoru İradə Qaracallı tərəfindən “İctimai ziyalı”, “Siyasət” və “Media fəalı” fəxri diplomuna layiq görülüb.
Biz də öz növbəmizdə təcrübəli pedoqoq, yazıçı, 7 kitab müəllifi, tanınmış publisist Güllü xanım Məmmədliyə yaradıcılıq uğurları və can sağlığı arzu edirik.