Gündəm
Heydər Əliyev Fondunun məqsədi vətəninin rifahı naminə xidmət etməkdir
Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəlmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdırmağı bacaran həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər. Qüsursuz davranış, susqun baxış, boğuq intonasiya özünə daha az diqqət cəlb etməyə xidmət etsə də onun xarici görünüşü və tərzi çoxdan təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bütün təşəbbüslərdə müsbət nəticə əldə etmək üçün qibtəedici qabiliyyətə malik olan mahir praqmatikdir. O, həqiqətən də tükənməz enerjiyə malik insandır. Məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla başa çatmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və unikal müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara ataraq istənilən vəziyyətdən çıxış yolu tapa bilir. Onun yanında işlədiyim illər ərzində iki sadə həqiqəti dərk etdim. Birincisi, Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi, onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan, ilk baxışdan az əhəmiyyətli görünə bilən detallara diqqətli yanaşması və dəqiq təhlil etməsidir. Məhz bu səbəbdən Heydər Əliyev Fondunun uğurları təkcə möhkəm kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.
Xalq onu sevir və ona inanır, çünki Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin bu problemlərin həllində iştiraka can atmasına nail olub. Beləliklə, Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub. Məhz birinci xanım ətrafına gənc əməkdaşları topladıqdan sonra müasirliyin tələblərinə uyğunlaşdırılan dövlət müəssisələri ənənəvi olaraq təkcə “stajı” olan insanları deyil, həm də gənc nəslin nümayəndələrini işə qəbul etməyə başladı. Mehriban Əliyevanın öz gözəlliyi və səxavətliliyi ilə heyran edən dərin mənəvi dünyası haqqında təkcə onunla yaxından tanış olanlar deyil, həm də onunla kəlmə kəsmək imkanı qazananlar danışa bilərlər. Kənardan müşahidə edərək onun öz diqqəti ilə insanlara bəxş etdiyi sonsuz sevincə heyran olmamaq mümkün deyil. Bəzən elə görünür ki, Mehriban xanım səmimi və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir. Onun rəhbərliyi altında çoxlu sayda əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə insana sağlamlığını və ümidini qaytarıb. Bütün bunla bir məqsədlə - öz xalqının və Vətəninin rifahı naminə xidmət etmək məqsədi ilə həyata keçirilir. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir. İndi isə, demək olar, yüz il sonra Odlar Ölkəsi bizim birinci xanımımızın simasında dünyaya yeni obraz, təqlid üçün nümunə təqdim edir. Əbəs yerə deyil ki, Qərb mətbuatında dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım təsisatının rolu və əhəmiyyətinin artması bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır. Çünki Mehriban xanım Əliyevanı vətənə təmənnasız xidmət, yaxud Azərbaycanın xeyirxahlıq rəmzidir. Tarixən türk qadını təkcə gözəlliyi, isməti, namusu, analıq şərəfi ilə deyil, mətanəti, müdrikliyi, vətənsevərliyi, qəhrəmanlığı və milli-mənəvi özəllikləri ilə tanınıb. Ümumilikdə insan düşüncəsində Vətən də, dövlət də, dövlətçilik də, vətənin taleyi naminə yürüdülən siyasətin əhəmiyyəti də ictimai, humanist (vətənpərvər!) təfəkkürün miqyası ilə bağlıdır. Və bu xüsusda, milli dövlətçilikdə, milli-mənvəi dünyamızın qorunmasında, eləcə də dəyər və layiqli önəm qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu yeni tariximizin yaddaqalan səhifələrindəndir. Məlum olduğu kimi, Azərbaycan xalqı bütün zamanlarda özünün yüksək intellektli qadınları ilə də tanınıb və fəxr edib. Müxtəlif zamanların ictimai-siyasi proseslərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını səlnamələrə, tarixin qəhrəmanlıq səhifələrinə yazdıra bilmişlər. Mehriban xanımın ictimai, milli missiyası əsasında Vətənin, millətin azad-lığı, bu istiqamətdə vətəndaş amalı və əməli dayanır. Bu azadlıq dünyanın bütün nemətlərindən uca və böyükdür, həm də həyat rəhnidir. Azərbayçançılıq, müstəqilliyin ilk illərindən başlayaraq dövlət quruculuğu prosesi Ulu öndər Heydər Əliyevin ölməz ideyaları əsassında həyatın bütün sahələrində həllini tapır. Bu mənada, Mehriban xanımın ictimai-siyasi fəaliyyətində Azərbaycan həqiqətləri, ölkəmizin ağrı-acısı, sevinci, yüksəlişi, Vətən torpağının müqəddəsliyi böyük önəm daşıyır. Və sözün əsl mənasında, cəmiyyətə (vətəndaşa) inkişaf, qurucu rəhbərə inam, ideal arzulara və işıqlı sabaha ümid təşkil edir. Bizim dünənimizdə bir qadın hökmdarın, sərkərdənin, qadın ictimai-siyasi xadimin adını xatırlamaq yetər ki, o, tarixdə daha çox xeyirxah və humanist əməllərinə görə tanınsın. Qeyd edək ki, Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur.Və heç şübhəsiz ki, belə tarixi simalardan biri də bizim müasirimiz olan Mehriban Əliyevadır. UNECKO və İSESKO kimi mötəbər təşkilatlarda Azərbaycanı ləyaqətlə təmsil edən, vətənpərvərliyinə, insansevərliyinə bütün dünya şahid olan və sayğı göstərən Mehriban xanım Əliyevanın humanist siyasəti, insanın yüksəlişi, haqq-ədalətin daha da möhkəmlənməsi işində xidmətləri ölkəmiz üçün xüsusi dəyər kəsb edir. Mehriban xanım Xoşməramlı səfir adını layiqincə daşıyır. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilir. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Birinci vitse-prezident kimi də fəal çalışır və fəaliyyəti ilə ümumi məqsədlərə vətənə və xalqa töfhəsini əsirgəmir. Mehriban Əliyeva xeyirxah fəaliyyəti və əməlləri ilə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi sferada nailiyyətlər əldə etməyə qabil olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm də böyük ictimai-siyasi xadim, həm də istedadlı bir Azərbaycan qadınıdır. Ölkədə, eləcə də beynəlxalq miqyasda apardığı xeyriyyəçilik işləri, humanitar məzmunlu tədbirlər Azərbaycan qadınının yüksək humanizm dəyərlərinə malik olduğunu, dövlət strukturlarında, ictimai-siyasi meydanda böyük istedadını nümayiş etdirir. Azərbaycan cəmiyyətində mədəni-mənəvi sferanın, insani münasibətlərin formalaşmasında və təzahüründə milli-mədəni siyasətin təsiri güclü olmuş və bu gün Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu Azərbaycanda xalqın milli dəyərlərinin qorunması və tanıdılması istiqamətində Mehriban Əliyevanın timsalında cox uğurlu siyasət həyata keçirilir. . Onun humanist fəaliyyətində yaşamın gerçəklikləri, qayğıları, vətən torpaqlarının müqəddəsliyi, insanların sabaha ümidləri bir işıqlı xətt kimi keçərək daha bəşəri miqyas alır. Bu mənada, Mehriban xanım Əliyeva bu gün YUNESKO-nun Xoşməramlı səfiri kimi fərqli milli mədəniyyətləri, dəyərləri bir araya gətirərək ümumilikdə dünyanın xilası uğrunda mətanətlə fəaliyyət göstərənlərin ön cərgəsində dayanıb. O, ön sırada üzərinə düşən bu ali missiyanı uğurla, ürəkdən, həm də daha təsirli vasitələrlə həyata keçirməkdədir. Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin düzgün qurulması, layiqli peşəkar kadrların hazırlanması yönündə təşəbbüsləri onun əsil vətəndaş mövqeyinin nümunəvi vətənpərvərliyinin ifadəsidir. Heydər Əliyev Fondunun rəhbəri kimi bu gün də Mehriban xınımın fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Mehriban Əliyeva dünya miqyaslı fəaliyyəti, milli təəssübkeliyi ilə Azərbaycan xalqının kökü çox qədimlərə bağlı olan sənət xəzinəsinə, milli irsimizə, muğamlarımıza böyük vətəndaş məsuliyyəti ilə sahib çıxaraq, beynəlxalq səviyyədə tanıtdı və sevdirdi. O beynəlxalq möhtəşəm tribunalarda cəsarəti, haqsevərliyi ilə dünya ictimaiyyətinin böyük sayğısını qazanıb. Mehriban xanım Əliyevanın milli-mənəvi, mədəni dəyərlərimizin himayədarı kimi ali görəvi Vətən, Xalq və vətəndaş ehtiyacına bağlıdır. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilir. Onun böyük xidmətləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçildikdən sonra daha dinamik xarakter alıb. Mehriban Əliyevanın xalq və vətən üçün gördüyü böyük işlərin miqyası xüsusilə təqdirəlayiqdir. Ancaq bunların heç biri təbliğat məqsədlərinə hesablanmayıb. Bütün bunlar Azərbaycan xalqına sayğı və məhəbbətin, təmənnasız xidmətin bariz nümunəsidir. Və Xalqa, Vətənə, vətəndaşa, onun mənəvi dünyasına, dövlətçiliyimizə bu təmənnasız xidmət, xeyirxahlıq nurlu soydan, böyük Heydər Əliyev ideyalarının mahiyyətindən gələn bir xarakterin təzahürüdür.
Rahib Abbasov,
Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin müavini
Daha çox xəbər:
Odlar Ölkəsi Mehriban xanımın simasında dünyaya yeni obraz, təqlid edir
Mehriban xanım Əliyeva - xeyirxahlıq missiyası
"Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil, həm də bir vətəndaş olaraq Azərbaycan üçün çox böyük işlər görüb"
Heydər Əliyev Fondu cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib
Humanizm və xeyirxahlıq nümunəsi