Gündəm
"Azərbaycan artıq Şuşaya çatıb, ... " - Sarkisyandan Ermənistan MN-ə SƏRT SÖZLƏR
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ölkənin Müdafiə Nazirliyi ilə bağlı sərt açıqlama verib.
Konkret.az “168.am”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi xalqa yalan məlumat verməkdə ittiham edilib.
Belə ki, sabiq prezident nazirliyin rəsmisi Ovannisyanın Ermənistanın 2 il müddətində hər zamankindən daha çox silahlandığını bildirən bəyanatnı şərh edib.
O, Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsinin olmadığını bildirib:
“Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da reallığı qəsdən təhrif edir. Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq əxlaqsızlıqdır, demək olar ki, “günahkar” axtarmaqdır. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq”.
Daha çox xəbər:
Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib
Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı
Müdafiə Nazirliyindən İrana zərbə endirən hərbi təyyarə ilə bağlı AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi