Gündəm
Paşinyan İlham Əliyevin şərtlərini qəbul etdi! - SENSASİON İDDİA
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.
Etibarlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, Şuşa məğlubiyyətindən sonra Nikol Paşinyan Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.
Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.
İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır.
Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də nəzərdə tutur.
Qarabağın statusu müzakirə mövzüsu olmayacaq!
Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.
Bu, Azərbaycanın böyük hərbi və siyasi qələbəsidir!"Caliber"
Daha çox xəbər:
Şuşanın azad edilməsi bu müharibənin sonunu müəyyən edir - VİDEO
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Paşinyandan aprel döyüşləri ilə bağlı SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”
“Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
Paşinyan Qarabağın bir hissəsini qaytarmağa söz verib…