Gündəm
Ermənilər Tavuş istiqamətində azərbaycanlını əsir götürdülər
Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədin qanunsuz keçilməsi məsələsi ilə bağlı cinayət işi açıb.
dahilider.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.
"Dünən gecə bir azərbaycanlı Ermənistanın Tavuş bölgəsində sərhəddə yerləşən Berdavan kəndinə daxil olub. Hazırda o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun Ermənistanın dövlət sərhədini keçməsi barədə əməliyyat məlumatı aldıq. Axtarış nəticəsində o, tapılaraq saxlanıldı. Hadisə ilə bağlı cinayət işi başlanıb", - deyə məlumatda qeyd edilib.
Təhlükəsizlik səbəbilə hələ ki, təfərrüatlar açıqlanmayıb.
(qazet)
Daha çox xəbər:
Paşinyanın adından Süleymaninin öldürülməsinə saxta təbrik yazan şəxs saxlanıldı
Ermənistanda həbs edilən siyasi partiya liderlərinin sayı 10-a çatdı
Milli Qəhrəmanın qızı BMT-nin önündə etiraz aksiyası keçirib- FOTOLAR
Bakıda narkotik satan “doktor” saxlanıldı - FOTO
DSX: Ermənistana qarşı diversiyanın keçirilməsi barədə məlumat yalandır