Gündəm
22:18, 16 Aralık 2020

Ermənilərə Azərbaycan PASPORTU VERİLİR, Xankəndidəki bütün bayaraqlar... - SENSASİYALI GƏLİŞMƏ

Ermənilərə Azərbaycan PASPORTU VERİLİR, Xankəndidəki bütün bayaraqlar... - SENSASİYALI GƏLİŞMƏ
“Araik Arutyunyan Azərbaycan məhkəməsi qarşısına çıxarılmalıdır. Arutyunyan canidir, qatildir. Özü açıq şəkildə demişdi ki, Gəncənin vurulmasında şəxsən iştirak edib, buna o, əmr verib. Yəni Arutyunyanın taleyi hüquqi müstəvidə müəyyən olunmalıdır. Ümumiyyətlə, onun adı nə qədər az hallandırılsa, havadarları üçün yaxşı olacaq. Çünki onun adı Azərbaycan cəmiyyətində qıcıq doğurur”.

dahilider.az İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- ABŞ-ın Donald Tramp administrasiyası gedər ayaq Türkiyəyə sanksiya tətbiq etdi. Sizcə, yeni Prezident Co Bayden Türkiyəyə təzyiq siyasətini davam etdirəcək, yoxsa bölgədəki maraqlarını nəzərə alaraq, yaxın əməkdaşlığa üstünlük verəcək?

- Hesab edirəm ki, Bayden sələfi Barak Obamanın vaxtilə apardığı siyasəti davam etdirəcək. Bu baxımdan, bəzi məqamlar var ki, bunlar daha yumşaq siyasətin aparılmasını istisna edir. Məsələn, Obama dönəmində Yaxın Şərq ölkələrində demokratik standartların tətbiq edilməsi istiqamətində sərt addımlar atılmışdı. Bu da bir sıra münaqişələrin alovlanmasına gətirib çıxarmışdı.

Bayden hələ vitse-prezident olanda Suriya, Liviya böhranı, “Ərəb baharı” başlamışdı. İŞİD-lə bağlı olaylar da o dönəmdə baş vermişdi. Amma düşünmürəm ki, tam olaraq Bayden bu ənənəvi siyasəti aparacaq. Çünki şərtlər dəyişib, bölgədə yeni proseslər baş verir.

Bununla belə, çox güman ki, bölgəyə demokratik prinsiplərin aşılanması prosesi bərpa olunacaq. Çünki Baydenin ətrafında bunu istəyən kifayət qədər təsir gücü olan adamlar, dairələr var. Hesab edirəm ki, Bayden onların maraqlarını nəzərə alacaq.

- ABŞ-dan fərqli olaraq, Avropa İttifaqının Almaniya, Fransa kimi liderləri Türkiyəyə təzyiqlər etsələr də, sərtləşdirilmiş sanksiyadan imtina etdilər. Bunun səbəbini necə izah etmək olar?

- Avropa İttifaqı yumşaq sanksiya tətbiq etdi. Bunlar şiddətli sanksiyalar deyil. Avropa İttifaqının Türkiyəyə münasibətdə sərt qərar verməkdən çəkinməsinin bir sıra səbəbləri var. İlk növbədə, Türkiyə Avropa İttifaqı və bu birliyə üzv olan bəzi dövlətlər üçün son dərəcə fövqəladə bir tərəfdaşdır. Bunu yaddan çıxarmaq olmaz. Bu sanksiyaları Yunanıstan və Cənubi Kipr istəmişdi.

Yunanıstan və Cənubi Kiprinin iddiasına görə, Türkiyənin “Oruc Rəis” tədqiqat gəmisi onların ərazilərinə yaxın bölgədə araşdırma aparır.

Fransaya gəldikdə, bu ölkənin də bölgədə Türkiyə ilə maraqlarının toqquşduğu məlumdur. Fransa Liviyada Haftarı, Türkiyə isə Sərracı dəstəkləyir. Ümumiyyətlə, Türkiyənin Yaxın Şərq siyasətində apardığı əhəmiyyətli rol Fransanı qıcıqlandırır. Makron da Türkiyəyə qarşı Yunanıstan və Cənubi Kiprə dəstək verir.

Avropa İttifaqında Türkiyəni dəstəkləyən dövlətlər də var. Məsələn, Almaniya. Bu ölkədə təsir gücü kifayət qədər böyük olan türk diasporu mövcuddur. Ümumiyyətlə, Almaniya-Türkiyə münasibətləri həmişə seçilib. Almaniya üçün Türkiyə vacib tərəfdaşdır. Buna görə də, Almaniyanın Türkiyəyə qarşı sərt sanksiyaların tərəfdarı olduğunu düşünmürəm.

İtaliya da regionda Fransa ilə geosiyasi rəqabət aparır. Bu ölkə də regionda Türkiyənin ən vacib tərəfdaşlarından biridir. İki ölkə arasındakı ticarətin həcmi hər il artır, qarşılıqlı investisiyaların həcmin böyüyür. İtaliyanın Türkiyə bazarlarında fəaliyyət göstərən nəhəng şirkətləri var. İtaliya ilə yanaşı, İspaniyanın da Türkiyə ilə münasibətləri normaldır. İspaniya bu bölgədə Türkiyəni özünün vacib tərəfdaşı sayır. Avropa İttifaqına üzv olan bəzi Balkan ölkələrinin də Türkiyə ilə münasibətləri yaxşıdır. Məsələn, Macarıstan. Bu ölkə, Türk Şurasında müşahidəçi qismində iştirak edir.

Başqa sözlə, Hollandiya, Avstriya, Fransa, Yunanıstan və Cənubi Kipri çıxmaq şərtilə, Avropa İttifaqına üzv dövlətlərin Türkiyə ilə münasibətləri kifayət qədər yaxşıdır.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqında Türkiyənin kifayət qədər güclü lobbisi var. Müxtəlif iqtisadi dairələr var ki, Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Türkiyə onlar üçün vacib bazardır. Bu bazarı Makrona görə itirmək məntiqli deyil. Makron bu gün var, sabah olmayacaq, maraqlar isə daimidir.

- Bölgəmizdəki son duruma diqqət çəkmək istərdim. Son günlərdə sosial şəbəkələrdə Qarabağdakı separatçı rejimin binalarından qondarma bayraqların yığışdırılması ilə bağlı fotolar yayılır. Araik Arutyunyanın keçirdiyi görüşlərdə, “bayraqlar” gözə dəymir. Baş verənlərin arxasında hansı məqamlar var, bölgədəki ermənilər hansısa gəlişmələrə hazırlaşdırılır?

- Ümumiyyətlə, belə bir “bayraq” yoxdur, bu, əski parçasıdır. Əlbəttə, indi bölgədə bunların yığışdırılması vacib əlamətdir. Məlum anlaşma noyabrın 10-da üç tərəf – Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanıb. Burada qondarma qurum yoxdur. İndi həmin ərazilərdə Rusiyanın sülhməramlı missiyası həyata keçirilir. Artıq bu ərazilərə qondarma qurum nəzarət etmir.

Ümumiyyətlə, o əski parçasının orada dalğalanmasına ehtiyac yoxdur. Əslində şərtə görə, həmin ərazilərdə Azərbaycan bayrağı ilə yanaşı, sülhməramlı missiyanın bayrağı dalğalanmalıdır. Çünki həmin ərazilər Azərbaycan torpaqlarıdır. O sülhməramlılara biz imkan vermişik ki, gəlib bu ərazilərdə öz missiyalarını həyata keçirsinlər.

Rusiya prezidenti dəfələrlə deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan əraziləridir. Əgər bura Azərbaycan ərazisidirsə və bura hansısa missiyanı dəvət edirsə, o zaman başqa “bayraqların” asılması düzgün olmazdı.

- Bəs hələ də bölgədə özünü göstərən separatçı rejimin taleyi necə olacaq?

- Hesab edirəm ki, sövdələşmələrin həyata keçirilməsinin növbəti mərhələsində bölgədə inzibati idarəçilik prinsipilərinin hansı əsaslar üzərində reallaşdırılması öz əksinə tapmalıdır. Buradakı əhalinin sosial təminatının hansı ölkə tərəfindən reallaşdırılması müəyyən olunmalıdır. Ortada orada yaşayan insanların işlə təmin olunması və sosial təminat kimi məsələlər də var. Bunların həyata keçirilməsi bir mərhələdə Azərbaycana ötürülməlidir. Oradakı insanlar Azərbaycan pasportları almalıdır.

Hesab edirəm ki, növbəti mərhələlərdə bu məsələlər öz həllini tapmalıdır. Bu məsələlər həll edildikcə, oradakı qondarma qurumun mövcudluğu da itəcək, oradan çıxıb gedəcək.

Araik Arutyunyana gəldikdə, dəfələrlə demişəm ki, bu insan Azərbaycan məhkəməsi qarşısına çıxarılmalıdır. Arutyunyan canidir, qatildir. Özü açıq şəkildə demişdi ki, Gəncənin vurulmasında şəxsən iştirak edib, buna o, əmr verib. Yəni Arutyunyanın taleyi hüquqi müstəvidə müəyyən olunmalıdır. Ümumiyyətlə, onun adı nə qədər az hallandırılsa, havadarları üçün yaxşı olar. Çünki onun adı Azərbaycan cəmiyyətində qıcıq doğurur. Ona görə ki, müharibə başa çatıb, amma belə canilər və quldurlar hələ də cəzasız gəzir.

Hər dəfə onun adı hallananda, gündəmə gələndə, bu, Azərbaycan cəmiyyətində kəskin etiraz yaradır. Məncə, onun adının tez-tez çəkilməsini heç sülhməramlı qüvvələr, yaxud Rusiya da istəməz. Çünki indi onlara əlavə gərginlik lazım deyil. Rusiya çalışır ki, proseslər dinc məcrada getsin.

- Qarabağda ara-sıra üçtərəfli anlaşmanın şərtləri pozulur. Bu pozuntular gah ermənilər, gah da Rusiya sülhməramlıları tərəfindən müşayiət olunur. Türkiyənin də iştirakı ilə monitorinq mərkəzi fəaliyyətə başlasa, bu kimi halların qarşısını almaq mümkün olacaqmı və buna qarşı nə qədər təsirli vasitə olacaq?

- Qənaətimə görə, bu, ən müasir texnikalarla təchiz edilmiş Monitorinq Mərkəzi olacaq. Məlumat yayılmışdı ki, ərazilərə Türkiyənin Pilotsuz Uçan Aparatları (PUA) nəzarət edəcək. Əlbəttə PUA-lar şəkil çəkəcəklər və baş verənləri müşahidə altında saxlayacaq, monotorinq aparılacaq. Baş verənlər sənədləşdiriləcək, videoları, fotoşəkilləri çəkiləcək.

Məsələn, bu gün erməni terrorçuları bir sıra azad edilmiş ərazilərdə qarşıdurma yaratmağa cəhdlər edirlər. Monotorinq Mərkəzi fəaliyyətə başladıqdan sonra isə bu kimi hallar intensiv şəkildə müşahidə ediləcək, terrorçuların ora nə vaxt gəldikləri, haradan girdikləri kimi hallar üzə çıxarılaraq sənədləşdiriləcək. Belə məsələlərlə bağlı dəlillər toplanıb sülhməramlı missiyaya təqdim edilməlidir ki, tədbirlər görülsün.

Görülən tədbirlər də lentə alınmalı, fotoları çəkilməlidir. Düşünürəm ki, həmin mərkəz bu şəkildə fəaliyyət göstərəcək. Belə olsa, Monitorinq Mərkəzinin effektliliyi böyük olacaq, bölgədə gedən proseslərə təsir göstərə biləcək. Bu halda erməni tərəfinin öz təxribatlarını ört-basdır etməyə imkanları olmayacaq.

Məsələn, savaş zamanı biz müasir avadanlıqlardan istifadə edərək, baş verənləri çəkməsəydik, nə qədər problemlər yarana bilərdi. O zaman ermənilər iddia edəcəkdilər ki, guya hücumu Azərbaycan edib, təxribatları o törədib. Amma bizim istifadə etdiyimiz müasir avadanlıqlar hər şeyi açıq şəkildə göstərdi.

Başqa sözlə, bizə bu cür fəaliyyət göstərən mərkəz lazımdır. Çox güman ki, belə də olacaq. Bu halda həm təxribatların sayı kəskin şəkildə azalacaq, həm də Monitorinq Mərkəzinin məhsuldarlığı yüksək səviyyədə olacaq.
Digər xəbərlər: