Gündəm
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?

Hadisə 08.01.2025-ci il tarixində baş verməsinə baxmayaraq ictimaiyyətdən gizlədilib. Qəza zamanı vəfat edən şəxsin yaxınları Tərəf.az-a zəng edərək qorxa-qorxa məlumat veriblər ki, Nail Abdullayev məsələnin ictimailəşməməsi üçün onlara külli miqdarda pul təklif edib.) Bəzi mənbələrdə bu məbləğin 250 min manat olduğu iddia olunur. ) Onlar sayt rəhbərliyindən məsələni ictimailəşdirməyə dəstək olmalarını xahiş ediblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. Prokurorluq hələ ki, hadisəyə hüquqi qiymət verməyib.