Gündəm
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıb
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 20-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü isə hadisə yerindən qaçıb. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətmiş sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.