Gündəm
00:27, 23 Mart 2021

Ölümlə nəticələnən qəzanı törədən şəxs tutuldu

Ölümlə nəticələnən qəzanı törədən şəxs tutuldu


Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnmiş avtomobil qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin maşınla birgə saxlanılıb.

Araşdırma aparılır.
Digər xəbərlər: