Hadisə
08:30, 05 May 2019

CƏMİYYƏT Samuxda maşın kanala düşdü, bələdiyyə sədri öldü

CƏMİYYƏT Samuxda maşın kanala düşdü, bələdiyyə sədri öldü


Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BEŞ.AZ oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Tatlı kəndinin yaxınlığında olub.

Goranboy sakini idarə etdiyi "Mercedes" markalı 22-BJ-696 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, sonra isə kanala düşüb.

Sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədri Sakit Verdiyevdir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərlər: