Gündəm / Cəmiyyət
İsmayıl Həsənovun “daşdan keçən kupçaları” və “tokkeçirməz” müştəriləri / VİDEO

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdir “Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları cinayət xarakterli əməllərdən çəkindirəcək. Sizin media nümayəndələrinin çox böyük rolu var bu sahədə. Deyə bilərəm ki, mən bəzi hallarda xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, xəbər tuturam və dərhal reaksiya verilir. Bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər ki, onların işinə təkcə preezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edirlər”.
Dövlət qurumlarında hüquqpozmalarla üzləşən, məhkəmələrdə haqqını bərpa edə bilməyən vətəndaş Mirzəyeva Nəmidə Bəndər qızı da məcbur olub mediaya üz tutmuş, problemini ictimailəşdirməyə qərar vermişdir. N.Mirzəyeva “Dahi Lider.az” saytı redaksiyasına müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən hüquqpozmaya məruz qalmasından şikayətlənmişdir.
“Mən Mirzəyeva Nəmidə Bəndər qızı 1996-cı ildə Daşkəsən Rayon Torpaq Şöbəsinə torpaqla bağlı müraciət etdim. Mənə Quşçu bələdiyyəsinə məxsus olan, Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən bağçılıqla məşğul olmaq üçün 0,12 sot torpaq sahəsi ayrıldı. 2006-cı ildə bağçılıq mülkiyyətə çevriləndə mənə şəhadətnamə ilə 0,06 sot torpaq sahəsi ayrıldı və bildirdilər ki, qalan 0,06 sot yüksək gərginli elektrik xətin mühafizə zolağına düşür. Mən ev tikdim və oğlumu evləndirib həmin evə köçürdüm. 2009-cu ildə qonşum Müqədəmi Rüzbek Cavanşir oğlu həmin o mühafizə zolağına düşən yerə iddia etdi. Mübahisəmiz məhkəməyə düşdü. 2010-cu ildə müraciətim üzrə araşdırma aparan Bələdiyyələrlə İş Mərkəzi həqiqətən də həmin ərazinin 110 min voltluq elektrik naqillərinin altına düşdüyünü təsdiqlədi. Bundan sonra bələdiyyə sözügedən ərazini mənə istifadəyə verdi. Mən həmin yerdə ev tikdim, ikinci oğlumu da evləndirib ora köçürdüm. Amma 2021-ci ildə yenidən Abbasova Qızbəs tamam başqa bir şəxs həmin o qeyri-qanuni sayılmış sənədi gətirib mənə dedi ki, bu yer mənimdir və məni verdi məhkəməyə.
Gəncə 3 saylı Ərazi İdarəsinə müraciət etdikdə, idarənin baş mühəndisi İsmayıl Həsənov bildirdi ki, ona “çıxarış” sənədi vermişik. Baş Prokurorluğa və Ədliyə Nazırliyinə müracıət etdik. 2011-ci ildə yerə baxış keçirildi, həmin ərazini yol kimi istifadə etməyə verdilər. 2021-ci ildə ləğv edilmiş sənəd başqa bir şəxsə alqı-satqı edilmiş və “çıxarış” verilmişdir. Təkrarən yenidən baş mühəndisə müraciət etdik, iradımızı bildirdik ki, niyə Prezidentin imzaladığı fərmana zidd çıxırsınız. Bizi otaqdan qovdu, “burda Prezident mənəm” – dedi. Xahiş edirəm, məsələni ictimailəşdirib bizə köməklik edəsiniz”.
Şikayətçi həmçinin redaksiyaya əlavə məlumat verərək, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətlərinin altına düşən zolaqda başqa bir neçə şəxsin torpaq sahəsi götürərək üstündə tikdikləri evləri özəlləşdirdiklərini, baş mühəndis İsmayıl Həsənovun vasitəçiliyi ilə “çıxarış” sənədi aldıqlarını bildirmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ətraflı videosujetdə:
Ceyhunə Həsənli
Daha çox xəbər:

Prezident: “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik”

Dövlət başçısı: “Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır”

Nəsib Məhəməliyev: Məmurun əxlaqı, vicdanı onun əməlinin tərəzisidir

Azərbaycan Prezidenti: “Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir”

“Müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?” - Prezident