Gündəm
Nəsib Məhəməliyev: Məmurun əxlaqı, vicdanı onun əməlinin tərəzisidir
Dünən Ağstafa rayonunun icra başçısının saxlanılması barədə xəbər cəmiyyətdə kifayət qədər böyük müzakirə mövzusuna çevrildi. Bir çox rayonların İcra hakimiyyətinin başçılarının özünü rəhbərlik etdikləri rayonun ağası kimi hiss etməsi dövrünə son qoyulub. Son aylar aparılan islahatlar belə deməyə əsas verir ki, bu son olmayacaq. Bəs vəzifəli şəxsin fəaliyyətinin şəffaflığına cəmiyyət necə nəzarət edə bilər? Milli Məclisin deputatı Nəsib Məhəməliyev düşünür ki, hər bir deputatın şəffaflıq tərəzisi onun öz vicdanı olmalıdır.
Bizimyol.info-nun suallarını Nəsib Məhəməliyev cavablandırır.
- Nəsib müəllim, bir zamanlar siz də icra başçısı işləmisiniz və müxtəlif vəzifələrdə olmusunuz. Sizcə vəzifəli şəxsin fəaliyyətinin şəffaflığına kim nəzarət etməlidir?
- İstənilən vəzifəli şəxsin şəffaflığı onun vicdanından, əxlaqından asılıdır. Onun vicdanı varsa ölkənin qanunlarına, dövlətə və işlədiyi komandaya sədaqətlə xidmət etməlidir, korporativ maraqları düşünməməlidir. Məmurların fəaliyyətinə ictimai nəzarət jurnalist təçkilatları, QHT və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilə bilər. Təbii ki, yuxarı instansiyalar daimi olaraq nəzarət edirlər.
- Vətəndaşların vəzifəli şəxsdən, konkret olaraq İcra Başçısından hesabat tələb etməsi doğrudurmu?
- İstər İcra Hakimiyyəti olsun, istər digər vəzifəli şəxs ictimai həyat, görülən işlər, dövlət vəzifəsinin icrası barədə məlumat verməldir. İndi dünənki faktla bağlı oxuduq, külli miqdarda yeyintiyə yol verildiyi yazılıb. Vətəndaş əlbəttə gəlib deyə bilər “mən kənd təsərrüfatı ilə məşğul olmaq istəyirəm, icarəyə götürdüyüm torpağı niyə mənə satırsınız, mənim adıma yazılan kart hanı”. Bunları deyə bilər. Prezident açıq şəkildə vəndaş cəmiyyətinə müraciət edib qanunsuz və xoşagəlməz hallar barədə məlumat verilməsinin vacibliyini qeyd edib. Elə bir məmur yoxdur ki, onun şəxsi maraqları dövlət maraqlarından üstün ola. Elə bir məmur da yoxdur ki, onun çirkin əməlləri prezidentə ünvanlanmalıdır? Nəyə görə. Buna görə ictimai nəzarət güclü olmalıdır.İcra başçısının hərəkətlərinə media, vətəndaş cəmiyyəti nəzarət etməlidir. Vəzifə başında olan şəxs deyə bilməz ki, mən hesabat vermirəm, qarışmayın. Onun öz şəxsi işi olsa, şəxsi həyatına müdaxilə edilsə ayrı məsələ.
- Bəzi məmurlar qanunlara yox, özündən bir pillə yüksəkdə duran rəhbərə sadiqlik edir.
- Heç bir vəzifəli şəxs atdığı addımla komandaya ləkə gətirməməlidir. Bu gün çoxları yalançı vətənpərvərliklə məşğul oluvb sosial mediada qəhrəmana çevriliblər. Mən hesab edirəm ki. vətənpərvərlik ilk növbədə vətəndaş olaraq öz vəzifəsini doğru -dürüst icra etməkdən ibarətdir. Mövcud komandaya sədaqət o deməkdir ki, etimadı doğruldursan hər bir hərəkətin, ümumi işə, dövlət maraqlarına, xalqın mənafeyinə uyur və hörmət qazandırır. Əhaliylə dürüst rəftar edib onun probleminin həllinə çalışırsansa, deməli sən komandan üçün faydalısan. Vəzifəli şəxsin gündəlik həyatındakı proseslər təmsil etdiyi komandaya rəğbət qazandırmalıdır.
-İcra başçıları necə hesabat verirlər?
-Yerli əsasnaməyə uyğun olaraq konkret göstərilib, İcra Hakimiyyəti başçıları ildə bir dəfə dövlət başçısı qarşısında hesabat verirlər və ictimaiyyət də bu barədə məlumatlandırılmalıdır.
Daha çox xəbər:
İcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq – Video
Azərbaycanda vəzifəli şəxsin oğlu həbs olundu
Nizaməddin Quliyevin saxlanılması barədə RƏSMİ MƏLUMAT
Polis idarəsinin qarşısında vəzifəli şəxsin avtomobili yanıb - VİDEO
DTX Ağstafanın icra başçısının həbsi əməliyyatına dair videokadrlar yaydı