Gündəm
17:06, 25 Aralık 2020

Laçın şəhəri, Zabux, Aşağı Sus və Kaler kəndləri Azərbaycana verilmir – Erməni KİV

Laçın şəhəri, Zabux, Aşağı Sus və Kaler kəndləri Azərbaycana verilmir – Erməni KİV
“Berdzor, Ağavno, Nerkin Sus və Kaler (Laçın, Zabux, Aşağı Sus və Kaler – red.) icmalarının sakinləri itirilmiş ərazilərdə qeydiyyatdan keçmiş vətəndaşlar üçün birdəfəlik maddi yardım proqramından faydalanmayacaqlar, çünki bu ərazilər Azərbaycan Respublikasının nəzarətinə keçməyib”.

Qazet.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə qondarma “DQR”in Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, adıçəkilən ərazilərin erməni sakinləri digər bir proqram çərçivəsində maddi yardım alacaqlar.
Digər xəbərlər: