Gündəm
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı
Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.
Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.
Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.
Daha çox xəbər:
Azərbaycanda orta məktəbdə yanğın - şagirdlər təxliyə olundu - FOTOLAR
Məktəbdə iyrənc olay: Müəllim sinifdə əxlaqsız video izlədi
Azərbaycanda dərslərin dayandırılması təklifləri barədə rəsmi açıqlama
Məktəblər sentyabrdan necə başlayacaq?: BAŞLAYACAQMI? - GƏLİŞMƏ
Məktəb direktoru məhkəmə qarşısında – Səbəb