Gündəm
Abşeronda ağır qəza, altı yaşlı Fransa vətəndaşı öldü
Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.
1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb.
Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib.
Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.