Gündəm
Vətəndaşın şikayət ərizəsi
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti: Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Baş Prokuror Kamran Əliyevə
dahilider.az xəbər Portalına
Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük Savxozu Bağlar Massivində qeydiyyatda olan, Qarabağ müharibəsi iştirakçısı Məmmədov Etibar Novruz oğlu tərəfindən
Ərizə
Yazıb sizə bildirmək istəyirəm ki, 2020-ci ilin avqustun 18-də Türkan qəsəbə sakini Şükür adlı şəxsdən 88 sot torpaq sahəsi almışam. Ona verəcəyi torpağın müqabilində 8 min manat ödəmişəm. 1.000 manat Türkan Bələdiyyəsinin keçmiş sədri Mehman adlı şəxsə vermişəm. Əvəzində mənə bələdiyyə sənədi verməli idi. Lakin bu günədək heç bir sənəd verilməyib. Mən pulumu geri istəyirəm. Əgər torpaq sahəsinin sənədi verəcəksə mən o torpağı istəyirəm.
Mənim ona 1000 manat borcum olduğu üçün məndən pul tələb edib, mənə təzyiq etmişdir. (Sentyabr ayında) Onlar məni aldatdıqları bir yana hədə-qorxu gələrək yenə qalıq pul istəyirlər. Mənə satdıqları torpağın heç bir sənədi yoxdur. Bu barədə Prokurorluğun Qaynar xəttinə müraciət etmişəm. Xahiş edirəm mənim problemimlə bağlı kömək göstərəsiniz. Mənə martın 12-də Şükürün anası zəng edərək 1000 manat pulunu tələb etdi. Bu gün mən onlara verdiyim 8 min manta pulumu geri tələb edirəm. Çünki mən pulu verərkən şahidlərimdə var. Xahiş edirəm mənim bu problemimdə köməklik göstərəsiniz.
Etibar Məmmədov
Əlaqə telefonu: 077 339 12 39
Daha çox xəbər:
Qobustan sakini çarəsiz durumda... - GİLEY
“Səhv diaqnoz qoyanlar pulumu geri qaytarsınlar” - “Turan” klinikasından şikayət...
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
"Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı" - "STAR OK"dan GİLEY
"Dörd ay Rəmişlə o qadın eyni çarpayıda yatdı, mən isə yerdə..." - Gülü 42 illik ŞOK GİZLİNLƏRİ AÇDI