Gündəm
11:25, 31 Mart 2021
57
0

Bakıda koronavirusa yoluxma səviyyəsi artdı - STATİSTİKA

Bakıda koronavirusa yoluxma səviyyəsi artdı - STATİSTİKA



Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Bununla bağlı məlumat “koronavirusinfo.az” saytında nəşr olunub.

Bildirilib ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.7 faiz.

Yoluxma digər bölgələr üzrə Abşeronda 12.9 faiz, Aran zonasında 12.4 faiz, Gəncə-Qazaxda 7.8 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edir.

Qeyd edək ki, ötən ay Bakıda koronavirusa yoluxma halı 52,3 faiz qeydə alınmışdı.
Digər xəbərlər: