Gündəm
Restoran toya görə 5 000 manat cərimə edildi - FOTO
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb və iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 10 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.
Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 5 000 manat miqdarında cərimə edilib.
Qeyd edək ki, adı çəkilən restoran pandemiya dövründə artıq üçüncü dəfədir ki, karantin qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilib.
Daha çox xəbər: