Gündəm
Deputat: “Həftəsonları avtobusların işləməməsinin yoluxma sayına təsirini ölçən metod yoxdur”
“Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri biri-birindən fərqlənir”.
bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir və hələlik heç bir ölkədə, eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur.
“Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. Bu baxımdan həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı”, - deyə Vüqar Bayramov əlavə edib.
O qeyd edib, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:
“Həftəsonları ictimai nəqliyyatın gecəyarısına qədər deyil, səhər saatlarından axşam 20:00 radələrinədək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.
Daha çox xəbər:
Həftəsonları ictimai nəqliyyat qadağası iyunun 1-dək uzadıldı - RƏSMİ
Səkkiz şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı
Azərbaycanda növbəti həftəsonu məhdudiyyətləri: İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı - VİDEO
Bayram günləri ictimai nəqliyyat işləməyəcək - RƏSMİ
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA