Gündəm
18:03, 27 Nisan 2021

Nəqliyyatda qiymət artımı ilə bağlı sorğu keçirilib

Nəqliyyatda qiymət artımı ilə bağlı sorğu keçirilib

Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fevral ayı üzrə avtobusların hərəkət intensivliyi və süni qiymət artımı ilə bağlı nəqliyyat könüllüləri tərəfindən sərnişinlər arasında anonim sorğu keçirilib.

bu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2021-ci ilin birinci rübü üzrə görülən işlər barədə rüblük hesabatında öz əksini tapıb.

Bildirilib ki, qeyd olunan narazılıqlarla bağlı müvafiq qaydada tədbir görülüb. Həmçinin xidmətdə vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə mart ayında Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşlar arasında nəqliyyat könüllüləri tərəfindən anonim sorğu təşkil edilib.

Qeyd edilib ki, daşıyıcı şirkət rəhbərləri ilə regional şöbələrin vəzifəli şəxsləri arasında fərdi görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyata əmək müqaviləsi ilə işə cəlb olunan sürücülərin pandemiya zamanı süni qiymət artımına yol vermə halları aşkarlanarsa, müvafiq qaydada tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib.
Digər xəbərlər: