Gündəm
Azərbaycanın növbəti üç ay üzrə hasilat öhdəlikləri təsdiqləndi
“OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.
Energetika Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək.
Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.
Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.
Xatırladaq ki, 2021-ci ilin 1 aprel tarixində “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 milyon barel, iyunda 6,2 milyon barel, iyulda isə 5,76 milyon barel həcmində olmasına dair üç aylıq plan qəbul edilib.