Gündəm
Müəllimlərin iş yerinin dəyişdirilməsinə start verilir
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.
Nazirlikdən bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Daha çox xəbər:
Təhsil Nazirliyi müəllimin sosial şəbəkədə yayılmış açıqlamasına cavab verdi
Ceyhun Bayramovdan müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması barədə - ƏMR
Tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır - Bu gündən
Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı açıqlandı
Peyvənd olunan müəllimlərin və texniki işçilərin sayı AÇIQLANDI