Gündəm
19:20, 06 May 2021

Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb

Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal - 300 bal toplayıb.

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.
Digər xəbərlər: