Gündəm
Türkiyəyə göndərilən üç qazimiz sağalaraq vətənə döndü - FOTO
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq Vətənə geri dönüb.
Qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Daha çox xəbər:
Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı
Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI
Kirayə mənzillərə müraciətin qəbulu və baxılmasi mərhələli həyata keçiriləcək
İlham Əliyev Qarabağla bağlı mühüm fərman imzaladı - 10 GÜN ƏRZİNDƏ...